IQNA - Kaliforniyanın Los Osos orta məktəbinin illik şagird məcmuəsində 11-ci sinif müsəlman şagirdlərindən olan Bayan Zehlifin adı qəsdən və ya bilməyərəkdən "ISIS Phillips” olaraq yazılıb.
İslamazeri.az eastnews.org-a istinadən xəbər verir ki, şagirdin valideynləri bu hadisədən məyus olduqlarını bildirərək Amerika İslam Əlaqələri Şurasına (CAIR) şikayət məktubu göndərib.
Bayan Zehlif isə sözügedən fotonu şəxsi "Facebook" hesabında paylaşaraq buna görə çox narahat və üzgün olduğunu qeyd edib.
Los Osos məktəbindən "Reuters”ə verilən açıqlamaya əsasən, artıq 200 ədəd illik məcmuə məhv edilib.
İslamazeri