IQNA

Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə pul ödəməli olacaq

9:15 - September 25, 2016
Xəbər sayı: 3480830
Tehran, 25.09.2016 - Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaqlar.

Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə pul ödəməli olacaq


1438-ci ildən etibarən hicri-qəməri təqvimi ilə məhərrəm ayının 1-dən ikinci dəfə Həcc ziyarətinə gedəcək olanlardan əlavə pul alınmasını nəzərdə tutan sənəd təsdiqlənməsi üçün ölkə kralına təqdim edilib.

Səudiyyə Ərəbistanının Hicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahibləri qərar təsdiq ediləcəyi təqdirdə müştərilərini itirəcəklərini bildiriblər. Müştərilərinin yarısının təkrar gələn insanlar olduğunu deyən sahibkarlar son beş ildə onsuz da zəifləyən işlərinin bu qəradan sonra daha da çətin vəziyyətə düşəcəyini vurğulayıblar.

report

captcha