IQNA

Azərbaycanda olan məscidlərin sayı açıqlandı

8:46 - October 15, 2016
Xəbər sayı: 3480888
Terhan, 15.10.2016 – Azərbaycan məscidlərinin tutumu yarım milyon insanın ibadət etməsinə imkan verir.

Azərbaycanda olan məscidlərin sayı açıqlandı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Azərbaycanda 2166 məscid var. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Azərbaycanda dövlət-din münasibətləri - 25 il” mövzusundakı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2166 məscidin 1500-ü gündəlik fəaliyyət göstərir: "Bu məscidlərdən 692-si dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərinin tutumu yarım milyon insanın ibadət etməsinə imkan verir”.

G. İsmayılov sovet vaxtı Azərbaycanda 17 məscidin fəaliyyət göstərdiyini bildirib: "Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 mədrəsə fəaliyyət göstərir. Dövlət qeydiyyatına alınmış mədrəsələr Şəki, Zaqatala və Bakıdadır. Hazırda Azərbaycanda 200-dən artıq Quran hafizi var".

Teqlər: azərbaycan ، məscid ، iqna ، İkna
captcha