IQNA

Sionist rejimə xəbərdarlıq

12:39 - July 19, 2017
Xəbər sayı: 3481888
Fələstin müqavimət qruplarının rəhbərləri sionist rejimə Məscidül-Əqsaya qarşı təcavüzünun davam etməsinə dair xəbərdarlıq ediblər.

Sionist rejimə xəbərdarlıq

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) maide.az-a istinadla xəbər verir ki, Fələstin Müqavimət qruplarının rəhbərləri dünən mətbuat konfransı keçirərək bildiriblər ki, sionist İsrail rejimi Məscidül-Əqsaya qarşı hərəkətlərini davam etdirərsə müqavimətin reaksiyası kəskin olacaq.

Bu qruplar Məscidül-Əqsaya hücumun regionda partlayış qığılcımı olacağını bildirərək xatırladıblar ki, Fələstin müqavimət qrupları Qüdsün işğalçılardan təmizlənilməsi istiqamətində mübarizələrini davam etdirəcəklər.

Fələstin müqavimət qrupları həmçinin fələstinliləri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə sionist hərbçilərin və qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumlarına qarşı etiraz əlaməti olaraq bu müqəddəs məkana getməyə çağırıblar.

Sionist hərbçilər və qəsəbə sakinlərindən ibarət bir qrup dünən Məscidül-Əqsaya daxil olaraq bu məscidin xətibi şeyx Əkrəmə Səbri də daxil onlarla fələstinlini yaralayıblar.

Sionist rejim ötən cümə günündən 3 fələstinli gəncin Qüdsdə şəhadətsevər əməliyyatının ardınca bu müqəddəs məkanın qapılarını fələstinli namaz qılanların üzünə bağlayıblar və məsciddə namaz qılmaq və azad demək icazəsi də vermirlər.

Teqlər: siyonizm ، iqna ، quran ، İslam ، cami ، israil ، müqavimet
captcha