IQNA

Avropanın V Quran Yarışlarının açılış mərasimi keçirildi + Foto

9:45 - September 09, 2017
Xəbər sayı: 3482122
Dünən, Şənbə axşamı, 8 Sentyabr 2017-ci il, İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə "Avropa Ölkələrinin Beşinci Quran Yarışları"nın açılış mərasimi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, Şənbə axşamı, 8 Sentyabr 2017-ci il, İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə "Avropa Ölkələrinin Beşinci Quran Yarışları"nın açılış mərasimi keçirildi.

Bu barədə İQNA-ya İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin rəisi Höccətul-İslam vəl-müslimin Möhsün Həkim İlahi məlumat verib.

Höccətul-İslam vəl-müslimin Möhsün Həkim İlahi müsahibəsində deyib ki, "Avropa Ölkələrinin Beşinci Quran Yarışları"nın açılış mərasimi iranlı beynəlxalq qari Hüseyn Heydərzadənin qiraəti ilə başlayıb. Sonra isə mərkəzin məsulları çıxış edərək yarışların keçirilməsi barədə lazım olan məsələləri izah ediblər. Daha sonra isə "Taha" ilahi nəğmələr qrupu sürud və nəşid icra edib.

İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin rəisi Höccətul-İslam vəl-müslimin Möhsün Həkim İlahi əlavə edib: "Avropa Ölkələrinin Beşinci Quran Yarışları"nın ilk mərhələsi şənbə günü, 9 sentyabr 2017-ci il, günün birinci yarısında, yerli vaxtla saat 8:00-da başlayacaq və 19:00-dək davam edəcəkdir. Yarışların final mərhələsi isə həftənin bazar günü, 10 sentyarb 2017-ci il, yerli vaxtla 8:30-dan başlayacaq və axşam saat 13:00-da sona yetəcəkdir. Yarışların yekum mərasimi və Qədir-Xum bayramı şənliyi isə həmin gün yerli vaxtla saat 18:00-dan 19:00-dək keçiriləcəkdir.

http://www.iqna.ir/fa/news/3639804

آیین افتتاحیه پنجمین مسابقات اروپایی قرآن برگزار شد + عکس

captcha