IQNA

Ruhinqalı müsəlmanların evləri yanmaqda davam

11:15 - September 23, 2017
Xəbər sayı: 3482193
Beynəlxalq Amnistiya Təşkilatı yeni faktlar təqdim edərək, Myanmanın Raxin əyalətində ruhinqalı müsəlmanların evlərinin yandırılmasının davam etməsindən xəbər verib.

Ruhinqalı müsəlmanların evləri yanmaqda davamİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, yeni peyk təsvirlərindəRaxin əyalətinin kəndləri üzərində qatı tüstü görünür.

Myanma ordusu və buddistlərruhinqalı müsəlmanların evləriniyandırırlar.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardımlar üzrə Koordinasiya Ofisi də dünən indiyədək Myanmadan 700 mindən çox ruhinqalı müsəlmanın Banqladeşə qaçmasından xəbər verərək, bildirib ki, müsəlmanların icbari surətdə Myanmadan köçürülmələri son onilliklərdə ən böyük qrup halında mühacirətdir.

Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində ruhinqalı müsəlmanlara qarşı yeni repressiv və təcavüzkar hücum dalğasında altı mindən çox insan həlak olub, səkkiz min nəfər də yaralanıbdır.

Teqlər: ruhinqa ، ruhinca ، rohingya ، iqna ، quran ، İslam ، myanma
captcha