IQNA

Pakistanın "Cəfəri Fiqhinin İcrası Hərəkatı"nın rəisi:

Kərbəla qiyamı qələbə və məğlubiyyətin mənasını dəyişdi

9:21 - September 24, 2017
Xəbər sayı: 3482196
Pakistanın tanınmış şiə alimlərindən biri olan Seyid Həmid Əli Şah Musəvi çıxışında vurğuladı: İmam Hüseyn (ə) Kərbəla qiyamında qələbə və məğlubiyyətin mənasında əsaslı və kamil bir dəyişiklik etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Seyid Həmid Əli Şah Musəvi – Pakistanın tanınmış şiə alimi və "Cəfəri Fiqhinin İcrası Hərəkatı"nın rəhbəri, Məhərrəm ayının ilk günü İmam Hüseynin (ə) Kərbəla qiyamının əhəmiyyətindən danışaraq vurğuladı: İmam Hüseyn (ə) Kərbəla qiyamında qələbə və məğlubiyyətin mənasında əsaslı və kamil bir dəyişiklik etdi.

O əlavə etdi: Kərbəla və Aşura qiyamı bizə öyrətdi ki, qələbənin həqiq mənası hədəf və armanın qorunması və saxlanılmasıdır, hətta bu yolda insan hər bir şeyini itirərsə də belə, yenə də qələbə qazanmış olur. Amma hədəfi və armanı itirmək, hətta insan bu yolda heç bir zahiri və maddi zərərə uğramazsa da belə, yenə də məğlubiyyətdir.

Seyid Həmid Əli Şah Musəvi – Pakistanın tanınmış şiə alimi və "Cəfəri Fiqhinin İcrası Hərəkatı"nın rəhbəri, vurğuladı: Məhərrəm ayı Kərəbəla qiyamının heç vaxt unudulmayacaq hadisələrinin xatirəsidir ki, bu xatirələrin hər birində insanlar üçün ibrətlər və dərslər vardır.

O dedi: İslami ölkələrin rəhbərləri bəşəriyyətin üzləşdiyi problemlərin həlli üçün mütləq İmam Hüseynin (ə) məktəbinə üz tutmalıdırlar və O həzrətin (ə) yolunu getməlidirlər.

http://www.iqna.ir/fa/news/3645103


captcha