İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,bu gün, Məhərrəm ayının 6-cı günündə, Tehran vaxtı ilə səhər saat 9:00-da (27 sentyabr 2017), Həzrət Zeynəb (ə) hərəminin müdafiəsi zamanı vəhabi terroristlər tərəfindən başı kəsilərək şəhid edilən Şəhid Möhsün Hücəcinin mübarək cənazəsi minlərlə Aşura əzadarının, ruhanilərin, ictimai şəxsiyyətlərin, hərbi qulluqçuların və İranınn dövlət rəsmilərinin, iştirakı ilə Tehranı "İmam Hüseyn (ə) meydanı"nda təşyi edildi.
Şəhid Möhsün Hücəci təqribən iki ay öncə İŞİD terroristləri tərəfindən başı kəsilərək şəhid edilmişdi. Mübarək cənazəsi həftənin birinci günü İran təhvil verildi. Dünən isə Həzrət İmam Rzanın (ə) mübarək məzarını ziyarət etdikdən Tehrana gətirilərək, bu gün Tehranın İmam Hüseyn (ə) meydanında təşyi edildi.
Şəhidin mübarək bədəni sabah, 28 sentyabr 2017-ci ildə vətəni İsfahanın Nəcəfabad rayonunda dəfn ediləcəkdir.
http://www.iqna.ir/fa/news/3647048