IQNA

BƏƏ-nin "QURAN PARKI" 2018-ci ildə istifadəyə veriləcək- foto

12:05 - September 28, 2017
Xəbər sayı: 3482211
BƏƏ-nin Dubay şəhərinin meri elan etdi: Bu şəhərin 640 min kv.metrlik "Quran Parkı" 2018-ci ildə ziyarətçilərin və turistlərin üzünə açıq olacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Dubay şəhərinin meri elan etdi: Bu şəhərin 640 min kv.metrlik "Quran Parkı" 2018-ci ildə ziyarətçilərin və turistlərin üzünə açıq olacaqdır.

Dubayın "Quran Parkı" layihəsinin hədəfi Quran-Kərimin məzmun və məfhumunun, həmçinin elmi və tibbi ecazkarlığının insanlar üçün açıqlanması məqsədi ilə həyata keçirilir.

Bu Quran Parkında İlahi vəhy kitabında adı keçən gül, bitki və ağac növləri sərgilənəcəkdir. Və həmçinin həmin bitki, gül və ağaclardan danışan ayələrin müasir elmi izahı və faydaları göstəriləcəkdir.

Şüşəli bina və 12 hissədən ibarət olan Quran Parkının bir hissəsində ayələrdə adı keçən bitki, gül və ağac növləri əkiləcəkdir. Quranda adı keçən incil, banan, nar, zeytun, qarpız, üzüm, sarımsaq, soğan, qarğıdalı, buğda, ədəs, zəncəbil, reyhan, xiyar və s... kimi tərəvəz, bitki, gül və ağac növlərinin sayı 50-dən yuxarıdır.

Quran parkının digər bir guşəsi isə "möcüzələr mağarası" adlanır ki, bu hissədə Quran-Kərimin müxtəlif elmi ecazkarlığını isbatlayacaq yeddi sərgi olacaqdır.

http://www.iqna.ir/fa/news/3647028

بوستان قرآنی دبی سال 2018 افتتاح می شود

بوستان قرآنی دبی سال 2018 افتتاح می شود

بوستان قرآنی دبی سال 2018 افتتاح می شود
captcha