IQNA

Kərbəla AŞURA mərasimini keçirməyə hazırdır

12:41 - September 28, 2017
Xəbər sayı: 3482212
İmam Hüseyn (ə) ziyarətgahının idarə heyəti AŞURA günü mərasiminin böyük izdihamla keçirilməsi və Şəhidlər Ağasının (ə) əzadarlarını qarşılamaq üçün hazır olduğunu xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən "İmam Hüseyn (ə) ziyarətgahı"nın idarə heyəti AŞURA günü mərasiminin böyük izdihamla keçirilməsi və Şəhidlər Ağasının (ə) əzadarlarını qarşılamaq üçün hazır olduğunu xəbər verib.

"İmam Hüseyn (ə) ziyarətgahı"nın idarə heyəti üzvü Fazil Əvəz bu barədə xəbər verərək deyib: İraqın müqəddəs ziyarətgahları idarələri, "Mərkəzi Fərat" qərargahı, Kərbəla polisi komandanlığı, Təhlükəsizlik Qüvvələri İdarəsi və digər məsul qrumlar İmam Hüseyn (ə) zairlərini AŞURA günü qarşılamağa və onların təhlükəsizliyini qorumağa tam hazır vəziyyətdədirlər.

O əlavə edib: Təhlükəsizlik qüvvələri ziyarətgaha gələn bütün girişləri, Kərbəla şəhərinin qədim hissəsini və şəhərin giriş qapılarını tam nəzarətə alaraq, zairlərin canı və malını təhdid edəcək hər bir təhlükəni aran qaldırıblar.

Fazil Əvəz bildirib ki, əzadarlıq heyətləri və dəstələrinin hər birində də təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmək üçün nəfərlər təyin edilib və onlar qarşılarına çıxan hər bir şübhələi məqama təhlükəsizlik qüvvələrinə məlumat verəcəklər.

Qeyd edək ki, Məhərrəmlik ayının ilik günündən İraqın daxil və xaricindən zəvvarlar Kərbəla şəhərinə axışır və özlərini Aşura "Rəkzətu Tüvəyric" mərasiminə çatdırmaq istəyirlər.

"Rəkzətu Tüvəyric" mərasimi milyonlarla zəvvarın iştirak etdiyi bir ayindir ki, bu ayində zəvvarlar Kərbəlanın "Cümhuri" prospektində Aşura məqtələini (şəhidlərin öldürülməsi xəbərini) oxuduqdan sonra asta qaçışla (hərvələ) "Ləbbeyk Ya Hüseyn (ə)" deyə-deyə İmam Hüseyn (ə) hərəminə doğru yürüyür və İmam Hüseyni (ə) ziyarət etdikdən sonra Həzrət Əbəlfəzlin (ə) hərəminə və xeyməgaha dönürlər.

http://www.iqna.ir/fa/news/3647045

آمادگی کربلا برای برپایی مراسم روز عاشورا / فرش خاک درب‌های ورودی صحن حسینی


captcha