IQNA

Çin polisi camaatdan Quran nüsxələrini təhvil verməsini tələb edib

13:24 - September 28, 2017
Xəbər sayı: 3482213
Çin polisi Sinyan əyalətinin müsəlmanlarından tələb edib ki, bütün dini əşyalarını, o cümlədən səccadə, canamaz və Quran nüsxələrini polis məmurlarına təhvil versinlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin polisi Sinyan əyalətinin müsəlmanlarından tələb edib ki, bütün dini əşyalarını, o cümlədən səccadə, canamaz və Quran nüsxələrini polis məmurlarına təhvil versinlər.

Bu elanda deyilir ki, müsəlmanlar bu göstərişə əmək etməsələr, məsuliyyətə cəlb ediləcəklər və əmrdən çıxanlar cəzalandırılacaqdır.

Sinyan əyalətinin dövlət rəsmiləri xəbərdarlıq ediblər ki, bu göstərişə əməl etməyən və Quran nüsxələrini təhvil verməyən uyğur, qazax və qırğız müsəlman azlıqlar sərt şəkildə cəzalanacaqlar.

Polisin bu bəyaniyyəsinin ardından polis məmurları şəhər və kəndlərdə Quran nüsxələri, canamaz və səccadələri əhalidən toplamağa başlayıblar.

Dünya Uyğur Konqresinin sözçüsü Dilkasat Raksit bu xəbəri elan edərək deyib: Çin polisi bizə bəyaniyyə göndərib ki, müsəlmanlar evlərində saxladıqları dini əşyaları, o cümlədən Quran nüsxələri, canamazlar və İslami simvol olan hər bir şeyi könüllü şəkildə polisə təhvil versinlər, əks halda dini əşyaları saxlayanları sərt cəzalar gözləyir.

http://www.iqna.ir/fa/news/3647555


Teqlər: iqna ، çin ، uyğur ، sinyan
captcha