IQNA

AŞURA qiyamının hədəfi ədalətin bərpasıdır

12:43 - September 08, 2018
Xəbər sayı: 3483808
İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: Hüseyni (ə) iqtisadiyyat və Yezidi iqtisadiyyat. Aşuranın yaşadılmasının da hədəfi cəmiyyətdə Hüseyni (ə) ədalətin bərqərar və bərpa edilməsidir.

AŞURA qiyamının hədəfi ədalətin bərpasıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əllamə Məhəmmədrza Həkimi öz şəxsi “telegram” kanalında iqtisadiyyat, ədalət və ədalətin növləri barədə paylaşdığı yaddaştda açıqladı: İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: Hüseyni (ə) iqtisadiyyat və Yezidi iqtisadiyyat. Aşuranın canlı saxlanılmasının da hədəfi cəmiyyətdə Hüseyni (ə) ədalətin bərqərar və bərpa edilməsidir.

Əllamə Məhəmmədrza Həkimi yazır: Kufə şiələrinin ağsaqqallarının İmam Hüseynə (ə) yazdıqları məktublarda deyilir:

 

«وَ جَعَلَ مالَ اللهِ دولَةً بینَ جبابِرَتها و اغنیائها»

“Yezidin İslam və müsəlmanlara etdiyi xəyanətlərdən biri də budur ki, xalqın büdcəsinin hamısını bir dəstə zalim və oliqarx kapitalistin ixtiyarına verib”.

Buna görə də İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: Hüseyni (ə) iqtisadiyyat (Quran və Əhli-Beyt iqtisadiyyatı) və Yezidi iqtisadiyyat (cahiliyyət dövrünün Qüreyş iqtisadiyyatı və müasir kapitalizm). Aşuranın canlı saxlanılmasının da hədəfi cəmiyyətdə Hüseyni (ə) ədalətin bərqərar və bərpa edilməsidir.

Hüseyni (ə) ədalət, yəni xalqın sərvətinin bütün təbəqələr arasında ədalətli bölünməsi, hamının öz haqqına çatması, hamının inkişaflı həyat tərzi yaşaması. Necə ki, İmam Əli (ə) buyurur: “Ədalət həyatdır” (العدل حیاة).

“Yezidi iqtisadiyyat” isə kapitalizmin praktiki tətbiqi, fəsad, rüşvətxorluq, bahaçılıq, kontrolsuz qiymətlər, insanları müflisləşdirən xüsusiyyətçilik, oliqarxları müdafiəsiz camaatın canına düçar etmək, sənaye istehsalı və xidmətlərinin monopoliyasıdır.

AŞURA qiyamının yaşadılmasının hədəfi isə Hüseyni (ə) iqtisadiyyatın bərqərar edilməsi və yuxarıda “yezidi iqtisadiyyat” növü ilə mübarizədir.  

http://iqna.ir/fa/news/3744687  

captcha