IQNA

Mursi və 1589 nəfərin mülkiyyəti əlindən alındı

13:19 - September 12, 2018
Xəbər sayı: 3483838
Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ailəsi və bəzi "Müsəlman Qardaşlar" rəsmilərinin də aralarında olduğu 1589 nəfərin mülkiyyəti əlindən alınıb.

Mursi və 1589 nəfərin mülkiyyəti əlindən alındıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ailəsi və bəzi "Müsəlman Qardaşlar" ("İxvan") rəsmilərinin də aralarında olduğu 1589 nəfərin mülkiyyəti əlindən alınıb.

Bu barədə Misirin dövlət qəzetlərindən "Əl-Ahram" xəbər verib. Xəbərə görə, "Terrorçu Qrupların Mülkiyyətlərinin İstifadəsi və Gizlədilməsi Komissiyasından" verilən yazılı açıqlamada "İxvan"a mənsub olan və dəstəkləyən 1589 nəfərin, 118 şirkətin, 1133 qeyri-hökumət təşkilatı, 104 məktəb, 69 xəstəxana, 33 internet saytı və peyk kanalının mülkiyyəti əlindən alınıb.

Xəbərdə onların büdcəyə təhvil verilməsinə qərar verildiyi bildirilib. Mülkiyyəti alınanlar arasında Mursi və ailəsiylə yanaşı, "İxvan" Rəhbərlik Şurasının sədri Məhəmməd Bediyi, Rəhbərlik Şurasının sədr müavini Hayrat Şatır, Dünya Müsəlman Alimlər Birliyi başçısı Yusif əl-Karadavi, "İxvan" rəhbərlərindən Məhəmməd əl-Biltaci və Səəd əl-Kətatni kimi şəxslər də var.

"İxvan" rəsmiləri adıçəkilən komissiyanı səlahiyyəti olmadığı üçün tanımadıqlarını açıqlayaraq, özlərinə yönəldilən "korrupsiya, zorakılıq və terrorizmlə" bağlı ittihamları da dəfələrlə rədd edib.

Teqlər: iqna ، misr ، ixvanul-müslimin
captcha