IQNA

Kanadada İmam Mehdinin (ə) mövlud mərasimi keçiriləcək

12:30 - April 19, 2019
Xəbər sayı: 3485009
Kanadanın Adminton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzinin təşəbbüsü ilə İmam Mehdinin (ə.f) mövludu münasibəti ilə bayram tədbiri keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Adminton şəhərinin İmam Hüseyn (ə) adına İslam Mərkəzinin təşəbbüsü ilə İmam Mehdinin (ə.f) mövludu münasibəti ilə bayram tədbiri keçiriləcək.

Bu böyük bayram mərasimi sabah, həftənin Şənbə günü, 20 Apel 2019-cu il, yerli vaxt saat 20:00-da İmam Hüseyn (ə) adına İslam Mərkəzində təşkil olunacaq.

Mərasimdə Adminton şəhərində yaşayan müsəlmanlar və Əhli-Beyt (ə) aşiqləri iştirak edəcəklər.

Bayram mərasimində Quran tilavəti, xətib çıxışı olacaq, mövludnamə və mədhiyyə oxunacaq, dini musiqi icra ediləcək, yarış keçiriləcək, Şam və İşa namazları qılınacaq və Ehyca gecəsi keçiriləcəkdir.

Qeyd edək ki, Adminton şəhərinin İslam Mərkəzində həftəlik dini proqramlar icra edilir. O cümlədən Quran təfsiri keçirilir, Kümeyl və Nüdbə duaları oxunur və Quran qiraət edilir.

http://iqna.ir/fa/news/3804794

captcha