IQNA

Virtual İslami Universitetlərin ilk sərgisi keçiriləcək

18:52 - May 19, 2019
Xəbər sayı: 3485157
İyul ayını ilk on günlüyündə İranın Kiş adasında İslam dünyasının Virtual İslami Universitetlərin ilk və Virtual İslami Universitetlər Şəbəkəsinin Baş Assambleyasının ikinci sərgisi keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin İyul ayını ilk on günlüyündə İran İslam Respublikasının Kiş adasında İslam dünyasının Virtual İslami Universitetlərin ilk və Virtual Universitetlər Şəbəkəsinin Baş Assambleyasının ikinci sərgisi keçiriləcək.

İyul ayının 1-dən 3-dək Kiş adasının beynəlxalq toplantılar mərkəzində keçiriləcək bu sərgidə İslam dünyasının "Virtual Universitetlər Şəbəkəsinin Baş Assambleyası"nın ilk icraçı heyətinin yaranmasına və şəbəkəyə üzv almasına start veriləcəkdir.

Sərgidə virtual təlim sahəsində virtual universitetlər tərəfindən əldə edilmiş son "smart" elm və texnologiyadan istifadə nailiyyətləri, virtual universitetlər arasında fokuslaşdırılmış və strateji nöqtələrin müəyyən edilməsi, şəbəkələrin strateji şurasının ixtisaslaşdırılmış komitələrinin yaradılması,  İslam aləmi universitetləri arasında əməkdaşlıq sahələrinin yaradılması, bütün ixtisaslaşmış sahələrdə müəllim və tələbə mübadiləsi üçün zəmin yaradılması, əməkdaşlıq yolu ilə elmi təcrübə mübadiləsi, bu mübadilənin bütün dünyada genişləndirilməsi və İslam dünyasının virtual ali təhsil ədalətinin həyata keçirilməsində effektiv tədbirlərin icrası güdülən əsas hədəflərdir.   

http://iqna.ir/fa/news/3812748/

captcha