IQNA

Virtual Həcc proqramı təminatı istehsal edildi

8:27 - July 11, 2019
Xəbər sayı: 3485486
Yeni texnologiya vasitəsi ilə 10 il ərzində 85 min fotodan istifadə edilərək hazırlanan bu proqramda Həccə səfərinə getmək istəyən zəvvarlar öncədən Həcc ayinlərini virtual olaraq öyrənə biləcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "samaa" informasiya portalına istinadla verdiyi xəbərə görə, Pakistan proqram təminatı şirkətlərindən biri Hacılara həcc ayinlərini öyrətmək üçün "Virtula Həcc" proqram təminatı istehsal edib.

Yeni texnologiya vasitəsi ilə 10 il ərzində 85 min fotodan istifadə edilərək hazırlanan bu proqramda Həccə səfərinə getmək istəyən zəvvarlar öncədən Həcc ayinlərini virtual olaraq öyrənə biləcəklər.

Virtual Həcc layihəsinin müdiri Ədnan Məqbul deyir: Hacılar "Labbaik VR" proqram təminatı ilə virtual olaraq Məkkə və Mədinədəki müqəddəs məkanlara səfər edə biləcək və bütün ayinlərin icrasını üç gün müddətində öyrənəcəklər.

O əlavə edib: Bizim yanımıza Həcc ayinlərini öyrənmək üçün gələnlərə Bəluç, Sindi və Pəncab dillərində xidmət göstəriləcək.

http://iqna.ir/fa/news/3826123

Teqlər: Labbaik Vr ، həcc ، məkkə ، mədinə ، pakistan
captcha