IQNA

Yəməndə həbsxanaya hücum - Ölü sayı 156-ya çatdı

18:10 - September 06, 2019
Xəbər sayı: 3485779
Təcavüzkar Səudiyyə Ərəbistanı rejiminin rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənin Zamar şəhərindəki həbsxanaya hücumu nəticəsində ölənlərin sayı 156-ya çatıb.
Təcavüzkar Səudiyyə Ərəbistanı rejiminin rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənin Zamar şəhərindəki həbsxanaya hücumu nəticəsində ölənlərin sayı 156-ya çatıb.
Maide.Az İHA-a istinadən xəbər verir ki, yaralıların sayı isə 50 nəfərdir. Yaralılardan vəziyyəti ağır olanlar olduğu üçün ölənlərin sayının artacağı istisna edilmir.
Xatırladaq ki, koalisiya qüvvələri bir neçə gün öncə həbsxananı hava hücumu nəticəsində dağıdıb.
Qeyd edək ki, 2015-ci ildə Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu ölkədə 50 mindən çox insanın ölümünə səbəb olub.
 
ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar və bu ölkənin mühasirədə saxlanılmıası nəticəsində  ölkədə qida çatışmazlığı və kütləvi xəstəliklər yaşanır.
Teqlər: iqna ، yəmən ، səudiyy ، səna
captcha