IQNA

Yəməndə insanlıq tragediyası - Minlərlə silahsız insan öldürülüb

16:34 - September 11, 2019
Xəbər sayı: 3485801
Mişel Baçelet Yəməndə 4 ildir öldürülən sivillərlə bağlı danışıb. Onun sözlərinə görə, 26 mart 2015-ci ildən 5 sentyabr 2019-cu ilə qədər 7508 sivil öldürülüb. Onlardan 1997-si uşaqdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT İnsan Haqları komissarı Mişel Baçelet Yəməndə 4 ildir öldürülən sivillərlə bağlı danışıb. Onun sözlərinə görə, 26 mart 2015-ci ildən 5 sentyabr 2019-cu ilə qədər 7508 sivil öldürülüb. Onlardan 1997-si uşaqdır.
Ölü sayının hər gün artdığını deyən Baçelet, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Dhamar şəhərində bir məktəbə etdiyi hücum zaman 109 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
O sözlərinə əlavə edib ki, humanitar yardımların edilməsinin qarşısı alınır, jurnalistlərə öz işini icra etməyə imkan verilmir və qeyri-qanuni həbslər həyata keçirilir.
Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu ölkədə 50 mindən çox insanın ölümünə səbəb olub.
ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar təşkil edən Səudiyyə rejimi bu ölkəni mühasirədə saxladığı üçün Yəməndə qida və dərman çatışmazlığı və kütləvi xəstəliklər yaşanır.Minlərlə insan kütləvi virusa yoluxub.
captcha