IQNA

Sionist rejimi və Qərbin hakimyyəttələb olmağı millətlər üçün təhlükədir

23:34 - September 02, 2012
Xəbər sayı: 2403611
Siyasi qrup: İran İslam respublikası prezidenti Dr. Mahmud Əhmədinejad Sionist rejimi və Qərbin hakimyyəttələb olmağının millətlər üçün təhlükəli olduğuna işarə edərək dedi: Müstəkbirlər və hegomonlar hec vaxt müstəqil və ədalətaxtaran dövlətlərin inkişafını istəməyiblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İİR-in prezident aparatının saytına istinadən verdiyi xəbərə görə İran İslam respublikası prezidenti Dr. Mahmud Əhmədinejad Qoşulmayanlar hərəkatının zirvə görüşündə Misirin prezidenti Mursi ilə görüşündə deyib ki, "Misir və İran xalqları qardaşdırlar və bu iki millətin mədəni və sivilizasisa baxımından müştərək xüsusiyyətləri çoxdur. Misirin dünyadakı yeri və rolu bu günkündən daha böyük olmalıdır".
Dr. Mahmud Əhmədinejad Sionist rejimi və Qərbin hakimyyəttələb olmağının millətlər üçün təhlükəli olduğuna işarə edərək deyib:
"Müstəkbirlər və hegomonlar hec vaxt müstəqil və ədalətaxtaran dövlətlərin inkişafını istəməyiblər. Onların millətlərlə dostluq və düşmənçilikləri öz mənfəət və hədəfləri əsasında olmuşdur.
İran və Misir bir-birinin yanında olarsa başqalarına ehtiyacları olmayacaqdır. İran bütün təcürbələrini Misirin ixtiyarında qoymağa və iki ölkə arasında elm və texnologiya mübadiləsi aparmağa hazırdır. İran Misirə abadlaşmasında və inkişaf yolunda kömək edəcəkdir.
Suriya və başqa ölkələrdə azad seçkilərin tərəfdarıyıq. Misirin və İranın rolu region problemlərinin həllində əsas klid olar bilər. Biz NATO-nu və başqa hegpmonları məntəqənin xüsusilə də Suriyanın daxili işlərinə qarışmağa qoymamalıyıq.
1088405

captcha