IQNA

Livanın Hizbullah Təşkilatı "Ləbbeyk Ya Rəsuləllah (s)" mitinqi keçirəcək

12:50 - September 15, 2012
Xəbər sayı: 2411683
Beynəlxalq qrup: Livanın Hizbullah Təşkilatı sabah sentyabr ayının 16-da Amerikada hazırlanmış və əziz İslam Peyğəmbərini (s) təhqir edən filmi məhkum etmək üçün "Ləbbeyk Ya Rəsuləllah" mitinqi keçirəcək.
İQNA-nın (İran Quran Agentliyi) "Əl-Mənar" kanalına istinadən verdiyi xəbərə görə Livanın Hizbullah Təşkilatı bəyaniyyə yayaraq elan etdi: Bu nümayişlər Amerikada hazırlanmış və əziz İslam Peyğəmbərini (s) təhqir edən filmi məhkum və İslam dininin dəyərlərini müdafiə etmək üçün keçiriləcəkdir.
Bu bəyaniyyədə elan edilmişdir: "Qeyd edilən nümayiş həftənin birinci günü saat 5:00-da Livanın Beyrut şəhərinin Ər-Rüveys məntəqəsinin Seyyiduş-Şühəda (ə) binasının önündən başlayacaqdır".
Hizbullah Amerikanın bu cinayətini qeyri-əxlaqi bir addım sayaraq bunu düşmənlərin öncədən proqramlaşdırılmış layihəsinin icra mərhələsi adlandırıb. Bu addım Amerika və Sionistlərin İslam qarşı birgə planlarının iç üzünü göstərir.
1098396
captcha