IQNA

Beyrutda müsəlman yazıçıların toplantısı keçirildi

12:26 - September 23, 2012
Xəbər sayı: 2417694
İncəsənət şöbəsi: Müsəlman jurnalist, yazar və mütəfəkkirləri son zamanlar İslam aləmində baş vermiş hadisələri araşdırmaq məqsədi ilə Livanın Beyrut şəhərində bir yerə toplandılar.
İQNA xəbər agentliyinin məlumatına əsasən, toplantıda 11 İslam ölkəsinin müsəlman jurnalist, yazar və mütəfəkkirləri iştirak edirdi. Mərasimdə Fələstinli yazar və analitik Münir Şəfiq bu təşkilatın yaranma səbəbləri barədə geniş açıqlama verdi.
Bu təşkilat müsəlmanların vəhdət və birliyini qorumaq, onların hüquqlarını müdafiə etmək və İslam Oyanışlarından himayə etmək məqsədi ilə təsis olunmuşdur.
1103309.
captcha