IQNA

Ayətullah Ərakinin iştirakı ilə;

Beyrutda "Müqavimət Alimləri Dünya Birliyi"nin iclası başladı

9:47 - July 29, 2015
Xəbər sayı: 3336521
Beynəlxalq qrup: Livanın paytaxtı Beyrut şəhərində "İslami Müqavimət"i dəstəkləyən "Müqavimət Alimləri Dünya Birliyi"nin ilk ümumi iclası "Fələstin üçün vəhdət" devizi ilə dünən öz işinə başladı.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "n277" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Livanın paytaxtı Beyrut şəhərinin "beynəlxalq konfranslar zalı"ında "İslami Müqavimət"i dəstəkləyən "Müqavimət Alimləri Dünya Birliyi"nin ilk ümumi iclası "Fələstin üçün vəhdət" devizi ilə dünən öz işinə başladı. Mərasimdə İslam dünyasının 43 ölkəsinin nüfuzlu alim və şəxsiyyətlərindən ibarət 150 nəfər alim və mütəfəkkir iştirak edir, o cümlədən Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah, İslami Məzhəblərin Təqribi Təşkilatının rəisi Ayətullah Möhsün Əraki və Livanın nüfuzlu əhl-sünnə alimi, həmçinin "Müqavimət Alimləri Dünya Birliyi"nin rəisi Şeyx Mahir Həmud, nüfuzli alimlər Şeyx Nəim Qasim, Şeyx Əbdülğəni Şəmsüddin, Şeyx Əhməd, Höccətul-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri (Ümumdünya Əhl-Beyt Cəmiyyəti Birliyinin baş katibi) və digərləri...



Bu iclasda İran İslam Respublikasından da İslami Məzhəblərin Təqribi Təşkilatının rəisi və "Müqavimət Alimləri Dünya Birliyi"nin rəis müavini olan Ayətullah Möhsün Ərakinin sədrliyi ilə şiə və sünni alimlərindən mütəşəkkil bir elmi heyət iştirak edir.



Livan, İran, Fələstin, Suriya, Misr, Əlcəzair, İraq, İndoneziya, İordaniya, Burkinafaso, Tunis, Mali, Oman, Malaziya və digər ölkələrin nüfuzli alim və şəxsiyyətlərinin iştirak etdiyi bu iclasda aşağıdakı 4 əsas mövzu barədə müzakirələr aparılacaq:



1). Fələstin məsələsinin İslam ümməti üçün dəyəri; - vətən sevgisi, azadlıq, torpaq və millət, İslami vəhdət, müqavimət, Qüdsün azadlığı...



2). Fələstin və Ərəb ölkələrinin İslam dünyasının və regionun müxtəlif məsələlərdə (siyasi, dini, mədəni) oyanışı; - milli və dini müqavimətlər, qadın və cavanların oyanış hərəkatlarında rolu, müxtəlif müəssisələrin və nüfuzlu alim və mütəfəkkirlərin dünya ictimaiyyətində təsiri...



3). Fələstin və ölkələrin siyasi oyunları; - beynəlxalq himayə ilğımı, sionizimin İslam ölkələrini zəiflətmə planları, İslam ümməti vəhdətə çağırmaq, sionistləri təkfir etmək, "dəryadan çaya İlahi vədə" planı...



4). Fələstin və alimlər; - İslam ümmətinin oyanışı, İslam ümməti alimlərinin vəhdəti, İslami prinsiplərin həqiqi izahı, təfriqənin qarşısının alınması, zorakılıq və təkfir....



Bu toplantı bu gün günoratadan sonra, əsr vaxtı iclasın bəyaniyyəsini yayaraq öz işini başa vuracaq.



3336260 

Teqlər: iran ، livan ، suriya ، vəhdət ، fələstin
captcha