IQNA

Avstriyanın "Ali Məktəblər Mükafatı" Almaniyanın "İslamşünaslıq Universiteti"nə verildi

9:26 - September 09, 2015
Xəbər sayı: 3360722
Xarici şöbə: Xanım Anjelika Nuyort (Angelika Neuwirth) - Almaniyalı İslamşünas, İslam və Məsihiyyət arasında müqayisəvi tədqiqatlarına görə Avstriyanın "Salzburg Ali Məktəblər Mükafatı" ilə təltif edildi.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Berlindəki "Mədəniyyət İşləri İdarəsi"nin mətbuat şöbəsinə istinadən xəbər verir ki, Xanım Anjelika Nyurt (Angelika Neuwirth) - Almaniyalı İslamşünas, İslam və Məsihiyyət arasında müqayisəvi tədqiqatları və Quran təlimləri ilə Məsihilik maariflərinin eynivaxtda və qarşılıqlı təsirləri barədə tədqiqatlarına görə Avstriyanın "Salzburg Ali Məktəblər Mükafatı" ilə təltif edildi.



Xanım Anjelika Nuyort (Angelika Neuwirth) milad tarixi ilə 1943 – cü ildə Noyabar ayının 4 – də Almaniyanın "Niderzaksn" əyalətinin "Naynburq" şəhərində anadan olub. O, Berlin, Tehran, Qutenqen, Yeruşəlim və Munixdə "ərəbşünaslıq" (Arabistik) təhsili almış, "samişünaslıq" (Semitistik) və "Klassik Dilçilik" (Klassische Philologie) üzərində işləmişdir.



O, 1977 – ci ildən 1983-cü ilədək İordaniya universitetində "Ustad" (professorluq) rütbəsi ilə dərs demiş, 1991 – ci ildə Arabistika üzrə azad Berlin universitetində nəzəriyyəçilik kürsüsünə yiyələnmişdir. 1994-cü ildən 1999-cu ilədək Almaniyanın "Şərq ölkələri birliyi"ndə Beyrut və İstanbulda "Şərq Müəssisəi"nin müdiri və 2007-ci ildə "Berlin elmi akademiyası"nda ((Berlin BrandenburgischeAkademie der Wissenschaften) "Corpus Coranicum" (korpus koranikom) tədqiqat proyektinin müdiri olmuşdur. Xanım Anjelika "Sigmund Freud" və Almaniyananın Tübingen universitetinin "Leopold Lucas" mükafatına layiq görülmüşdür.      



3357615

Teqlər: berlin ، almaniya ، quran ، məsihilik
captcha