IQNA

Seyyid Həsən Nəsrullah Beyrut və Paris hadisələrini məhkum edərək dedi:

İsrail və təkfirçilərin hədəfi Livanda fitnə yaratmaqdır

23:36 - November 15, 2015
Xəbər sayı: 3452958
Beynəlxalq şöbə: Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah öz çıxışında Paris və Beyrutda baş verən terror hadisələrini məhkum edərək dedi: İsrail və təkfirçilərin hədəfi Livanda daxili savaş və fitnə yaratmaqdır ki, bu vasitə ilə həm İsrailə xidmət olunacaq və həm də İŞİD-in öz hədəflərinə çatmaq üçün kömək olacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə (14 noyabr 2015) "əl-Mənar" peyk TV kanalından yayımlanan çıxışında Paris və Beyrutda cinayətkar İŞİD qruplaşması tərəfindən törədilən terror hadisələrini məhkum edərək hadisə qurbanlarının ailələrinə baş sağlığı verdi və dedi: İŞİD çoxdandır regionda bizim millətlərimizin qanını axıdır. Livan bir ölkədir ki, milləti həmişə terrorizmlə üz-üzədir. Buna görə də Livan xalqı hər kəsdən daha yaxşı Fransa millətinin dərdini dərk edir. Buna görə də özümə lazım bilirəm ki, bu dərdli hadisəni məhkum edəm və Allahdan İŞİD kimi terroristlərin məhv olmasını istəyəm.



O dedi: Son Fransa və Livan terror hadisələri sübut edir ki, terrorçular cinayətlər törətməkdə heç bir hədd-hüdud tanımırlar və onlarla mübarizə üçün kollektiv həmkarlıq lazımdır.



Seyid Həsən Nəsrullah söyləyib: Cümə axşamı günü gecə Beyrutun cənubunda baş vermiş terror partlayışlarının əsas amilləri hazırda Livanın daxili təhlükəsizlik qüvvələrinin həbsindədirlər. O, sonra deyib: Bu, həmin qüvvələr üçün bir uğur olub və onlara təşəkkür edirik.



O, qeyd edib ki, həbs olunmuş ünsürlər İŞİD təkfirçi-terrorçu qrupu ilə əlaqədə olduqlarını etiraf ediblər və deyiblər ki, bu terror cinayətinin həyata keçirilməsi göstərişini həmin qrupun başçılarından alıblar.



Seyid Həsən Nəsrullah "Təkfirçi plan fitnə törətməyə və cəmiyyətlərin məhvinə söykənib" deyərək, əlavə edib: Livanlılara, xüsusən müqavimət əhlinə deyirəm ki, daim bilməliyik, əsas düşmənlər, İsrail rejimi və terrorçulardırlar və onların hədəfləri, Livanda vətəndaş müharibəsi salmaqdır.



O, qeyd edib: Bəziləri Fələstin xalqını misirlilər, suriyalılar və livanlıların düşməni kimi təqdim etməyə çalışırlar, halbuki fələstinliləri təkfirçi terrorçuların törətdikləri cinayətlərdə məsul bilmək olmaz.



Livan Hizbullahının baş katibi deyib ki, terrorçu-təkfirçi qrupların, xüsusən İŞİD-in ömrü azdır və onlar ardıcıl surətdə İraq və Suriyada böyük xəsarətlər və məğlubiyyətlərə düçar olurlar. O, vurğulayıb: İŞİD nə savaş dövründə, nə də ki, sülh dövründə bir yerə və gələcəyə malik olmayacaq.



3449523

Teqlər: nəsrullah ، livan ، hizbullah ، paris ، beyrut
captcha