IQNA

Əxbari alimləri ilə qısa tanışlıq-2
18:43 - February 20, 2016
Xəbər sayı: 3480198
Tehran, 20.02.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...

Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyilməyə başladı ki, ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytardılar… 

Biz bir sıra silsilə yazılarımıza sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Bundan məqsədimiz budur ki, əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

Molla Məhəmmədəmin Əstərabadi (vf. 1036 hq)

Üsul elmini "Sahib Mədarik" və "Sahib Məalim" kimi alimlərdən dərs aldı. "Sahib Mədarik" ona 1007-ci ildə "ictihad" icazəsi verib. Bundan sonra Məkkəyə köçərək Mirza Məhəmmədin dərsindən istifadə edir. Ustadın təsirinə düşərək əxbariliyə meyillənir və müasir ictihadın rəddində kitab yazır... Müctəhidlər barəsində ən sərt danışan əxbari alimidir. Hətta əxabri alimlərindən olan Feyz Kaşani və digərləri onu bu cür tünd danışdığı üçün qınamışlar. Vəfatından sonra Məkkənin Əbu Talib qəbiristanlığında ustadının yanında dəfn edilir. Bəzi əsələri:

1). "Əl-fəvaid əl-Mədəniyyə fir-rəddi əl mən qalə bil-ictihad vət-təqlid fi nəfsil-əhkamil-İlahiyyə"... (Bu kitab əxbarilik məsləkinin ən mühüm kitablarından biridir: "Kafi, Fəqih, Təhzib və İstibsar"ın hədislərinin "icmali təvatür" həddindədir... Quranın ayələrinin zahiri mənasında belə Məsumdan hədis yoxdursa, o ayəyə əməl olunmamalıdır... İCMA sünnilərin ixtirasıdır və ictihad bidətdir... Şəriət hökmlərinin təkcə qaynağı HƏDİSdir... ). Bu kitaba Nurəddin Əli bin Hüseyn (vf. 1063 hq) "əl-Fəvaid əl-Məkkiyə" və Əllamə Dildarəli Hindi (vf. 1235 hq) "Əsasul-üsul" kitabında rəddiyyə yazıb.

2). "Əl-Fəvaid əl-Məkkiyyə fi şərhil-İstibsar liş-Şeyx Ət-Tusi"

3). "Təliqatun ələl-Kafi"

4). "Daneşnaməye Şahi" ... (Sultan Məhəmməd Qütb üçün "kəşkul" yazıb və bu kitabda da əxbariliyi müdafiə edərək, ictihadı bidət sayıb).

Hazırladı: Mirməhəmməd Bəşir




Ad:
E-poçt:
* Comment: