IQNA

Şeyx Ramin İgidov IQNA.ir-a verdiyi müshibədə:
9:14 - July 26, 2016
Xəbər sayı: 3480639
Tehran, 26.07.2016 – Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Ramin İgidov bildirib ki, Gürcüstanda azan qadağası ilə bağlı yayılan xəbərlər şaiyə və yalandır.

Şeyx Ramin İgidov IQNA.ir-a verdiyi müshibədə:

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Ramin İgidov - Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi, İQNA ilə xüsusi müsahibəsi zamanı Gürcüstan Müsəlmanlar İdarəsinin fəaliyyətlərini şərh edərək vurğulayıb ki, Gürcüstanda azan qadağası ilə bağlı yayılan xəbərlər şaiyə və yalandır.

İQNA: Gürcüstan Müsəlmanları İdarəsi hansı məqsədlər üçün yaradıldı?

Şeyx Ramil İgidov: Gürcüstan Müsəlmanları İdarəsinin yaranmasından məqsəd bu ölkədə müsəlmanların dini işləri ilə maraqlanmaq, bu sahədə olan problemləri həll etmək, müsəlmanlara aid olan dini-tarixi abidlərə və dini məkanlara sahib çıxmaq və qorumaq, həmçinin ölkədə İslam dininin sağlam təbliğinə şərait yaratmaqdır. Qeyd edim ki, İdarəmiz məscidlərin bütün problemləri ilə maraqlanır. Misal olaraq deyə bilərəm ki, bəzi məscidlərdə təmir işləri gedib. Həmçinin gürcü və azəri dillərində Dini İdarənin himayəsi ilə kitablar tərcümə edilir, yazılır və çap olunur və bu işlər davam etməkdədir. İndiyədək otuza yaxın kitab atırq işıq üzü görmüşdür.

Həmçinin ruhanilərin dini təbliğatla məşğul olmaq üçün sınaq imtahanları təşkil etmişik. Bu imtahanlarda dini təbliğat və məscid axunduluğu üçün qəbul olanların çox böyük əksəriyyəti Cameətul-Mustafa Əl-Alimiyyə Beynəlxalq Dini Elmlər Akademiyasının tələbələridirlər.

İQNA: Gürcüstanda müsəlmanlar üçün neçə ibadət ocağı və məcsid vardır, həmçinin müsəlmanlar bu məscidlərdə təhlükəsiz və maneəsiz ibadət edə bilirlərmi?

Şeyx Ramin İgidov: Gürcüstanda hal-hazırda 312 məscid var. Müsəlmanlar bu məscidlərdə rahat və maneəsiz ibadət edir və öz dini mərasim və ayinlərini heç bir problem olmadan icra edirlər. Müsəlmanlar üçün dini ayinlərin icrasında heç bir maneə yoxdur. Və qeyd edim ki, ötən günlərdə Gürcüstan məscidlərində azanın qadağan olunması ilə bağlı xəbərlər hamısı yalan və şaiədir və demək olar ki, ölkədə bütün məscidlərdə azan verilir. Sadəcə təkcə Tiflis şəhər məscidində öncələr olduğu kimi indi də azan aşağı səslə verilir və səsgücləndiricidən istifadə olunmur. Bunun da əsas səbəbi budur ki, bu məscid ətrafında məsihi və xristian sakinlər çoxluq təşkil edir. Əlbəttə yaxın gələcəkdə təkcə Cümə günləri üçün də olsa, bu məsciddən də azanın səsucaldıcılar ilə verilməsi planlaşdırılır.

İQNA: Gürcüstanda dini örtük və hicabla bağlı nə kimi problemlər var?

Şeyx Ramil İgidov: Gürcüstanda hicab və dini geyimlə bağlı heç bir qadağa və problem yoxdur. Müsəlman xanımlar rahat şəkildə hicabdan istifadə edir, pasportlar üçün hicabla şəkil çəkdirə bilirlər və orta və ali təhsil ocaqlarında da hicabdan istifadə edirlər. Həmçinin ölkə ictimaiyyəti də dini geyimi və hicabı pis qarşılamayıblar.

İQNA: Gürcüstanda dini ayinlər və mərasimlərin ictimai şəkildə və geniş tədbirlər formasında qeyd olunmasına bir maneə varmı?

Şeyx Ramil İgidov: Bu ölkədə dini tədbirlər, Peyğəmbər və Əhl-Beytin (ə) viladət və vəfat günləri hamısı geniş şəkildə və heç bir maneəsiz qeyd olunur. Bu kimi tədbirlər həm məscidlərdə və həm də müxtəlif mədəniyyət saraylarında keçirilir. Bəzən bu tədbirlər dövlətə aid olan təşkilatların toplantı salonlarında da keçirilir. Bu məsələni siz özünüz də Dini İdarənin rəsmi saytı və mənim şəxsi Facebook səhifəmdə izləyə və müşahidə edə bilərsiniz.

İQNA: Cümə namazlarında xütbələr hansı dildə oxunur?

Şeyx Ramil İgidov: Bir çox ölkələrdə yalnız ölkənin dövlət dilində Cümə namazı xütbələri oxunur. Gürcüstanda isə Tiflis şəhərindən başqa qalan bütün şəhərlərdə Cümə namazı xütbələri Azərbaycan dilində oxunur. Tiflis şəhərində isə həm Azərbaycan dilində xütbə oxunur, həm də Gürcü dilində xütbə oxunur. Çünki namazda azərilərlə yanaşı digər müsəlmanlar da iştirak edirlər.

İQNA: Vəhabilərin Azərbaycanda çoxalması barədə fikirlərinizi bilmək istərdik?

Şeyx Ramil İgidov: Azərbaycanda vəhabilərin çoxalması barədə məlumatımız var. Qonşu dövlət olduğumuz üçün Gürcüstanda da vəhabilərin artdığını müşahidə edirik. Belə halların əsasən qeyri-azəri müsəlmanlar arasında çox yayılması müşahidə olunur, amma azərilər arasında da vəhabilər nüfuz edə biliblər. Əldə olan məlumata görə, ölkədən bir-neçə nəfər Mədinəyə gedib, dini təhsil alıb və qayıdaraq vəhabiliyi yaymaqla məşğuldurlar. Onlar əsasən maddi baxımdan güclü himayə olunduqları üçün öz təriqətlərini insanlar arasında yaya biliblər.

İQNA: Bizimlə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.

Teqlər: müshibədə ، İgidov ، İQNA
Ad:
E-poçt:
* Comment: