Hacı İlham Əliyev:
11:41 - August 14, 2016
Xəbər sayı: 3480694
Tehran, 14.08.2016 – AİP-nin Sədr Əvəzi Hacı İlham Əliyev, İQNA ile müsahibəsi zamanı bildirib ki, Qərbin İranfobiya siyasətinin səbəbi İranı bölgədə təkləməkdir.

Qərbin İranfobiya siyasətinin səbəbi İranı bölgədə təkləməkdir


İQNA - Azərbaycan İslam Partiyasının Sədr Əvəzi Hacı İlham Əliyev, Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) ilə xüsusi müsahibəsi zamanı vurğulayıb ki, Qərbin İranfobiya siyasətinin səbəbi
İran İslam Respublikasını bölgədə təkləmək və xalqların gözündə İranı bədnam edərək, gözdən və nüfuzdan salmaqdır.

İQNA: Müstəqillik və istiqlal mesajlarını dünyaya yayan İran İslam Respublikası, müqavimət nümunəsi olaraq qəbul edilir. Görəsən Qərbi Asiya ölkələri bu nümunədən lazımi şəkildə faydalana biliblərmi?

Hacı İlham Əliyev: İmam Xomeyni(r.ə) elə bir zamanda inqilab etdi ki, beynəlxalq hesablamalarla qeyri-mümkün bir iş idi. Heç kim bu inqilabın baş tutmasına inana bilmirdi. İran bölgədə Amerikanın və İsrailin ən böyük müttəfiqi hesab olunurdu. İqtisadiyyat, siyasət, mədəniyyət, hərbi sahədə və ümumiyyətlə bütün səhnələrdə ən geridə qalmış və həqiqi mənada istismara məruz qalmış ölkə hesab olunurdu. Buna baxmayaraq, bölgədə ərazi baxımından böyük ölkə və qüdrətli hegemon ölkələrin müttəfiqi və dostu idi.

İmam Xomeyni(r.ə) belə bir şəraitdə qiyam edir və istiqlal, azadlıq səsini ucaldaraq bütün cəmiyyəti öz arxasınca çəkir. Yüz səksən dərəcə ölkənin istiqamətini tam əks istiqamətə yönəldir. Təbii ki, vaxtıyla özlərini dost kimi millətə qəbul etdirmiş hegemon ölkələr düşmənə çevrilir. Və bu düşmənçilik gündən-günə daha da ciddiləşərək kəskinləşir. Bu düşmənçilik hər nə qədər dərinləşsə də bir o qədər İran İslam İnqilabı daha da özünə, öz cavanlarına olan inamı yüksəlməklə yanaşı onlara daha çox güvənərək və daha da möhkəmlənib, inkişaf istiqamətində hərəkətinə başladı. Və bu yolda hər cəhətli müvəffəqiyyətlərə nail oldu. Nəhayət İran İslam İnqilabı bütün dünyaya sübut etdi ki, bu hegemon dövlətlər olmadan da xoşbəxt yaşamaq mümkündür. Həmin hegemon dövlətlər İslam İnqilabının müvəffəqiyyətlərini dünya cəmiyyətlərindən gizlətməyə çalışsalar belə, təxminən 30 ildən artıq gizlədə bilmədilər.

Ərəb baharı adlanan son bir neçə ildə baş vermiş inqilablar məhz İmam Xomeyni(r.ə) inqilabının təsiri nəticəsində təhlil olunur. Artıq insanlar bunu başa düşürlər ki, vəhdət və özlərinə inam sayəsində müstəqil, azad, daha firavan və xoşbəxt yaşamaq mümkündür. Nəinki mümkündür, hətta bu dövlətlər olmadan belə izzətli və şərafətli həyata sahib olmaq deməkdir.

İQNA: Azadlıq və istiqlal tərəfdarı hərəkatlara İranın verdiyi dəstəyi necə dəyərləndirirsiniz?


Hacı İlham Əliyev: Tarixə nəzər salsaq bu günədək dünyada bir çox inqilablar baş vermişdir. Bəziləri ya əvvəlinci günlərində məğlubiyyətə uğrayıb, yada ki, zaman ötdükcə öz amal və hədəflərindən uzaq düşərək yollarını dəyişiblər. Zaman ötdükcə yeni gələn hakimiyyət heç də əleyhinə qiyam etdikləri hakimiyyətdən fərqlənməyiblər. Lakin müasir tariximizdə baş vermiş və 37 il yol getməyinə baxmayaraq, birinci gündən qarşısına qoyduğu amal və hədəflərindən bir an belə ayrılmayan İmam Xomeyni(r.ə) inqilabını digər inqilablardan fərqləndirən ən əsas cəhət bəsirətdir. İmam Xomeyni (r.ə) cəmiyyətin gözünü açıb onlara bəsirət verə bildi. Bu gün də İmam Xameneyinin hər bir kəsi bəsirətli olmağa dəvət etməsinin ümdə səbəbi də məhz budur. Çünki inqilabın yoldan çıxmaması meydanda bəsirəti qoruyub saxlamağın sayəsindədir. Təkcə meydanda olmaq yetərli deyil. Bəsirətsiz meydan əhli gec-tez məğlubiyyətə məhkumdur.
Bu gün İran İslam Respublikası, ətrafında baş vermiş inqilablardan etdiyi ən geniş və yüksək dərəcəli himayəsi, onlar da bəsirətin yaranması və onu özlərində qoruyub saxlamaq istiqamətindədir. Və bu təsadüfi deyil ki, bu gün ərəb ölkələrində baş vermiş inqilablar "İslam oyanışı" adlanır.

İQNA: İran İslam Respublikası olmadan müqavimət xəttinin yarana bilmədiyini bilirik. Siz bu barədə nələr düşünürsünüz?

Hacı İlham Əliyev: Bəli, bu bir həqiqətdir ki, əgər İran İslam İnqilabında müqavımət, əzimkarlıq, düşmən müqabilində duruş ruhiyyəsində olmasaydı, düşmənlərin düşmənçiliyi qarşısında tab gətirmək mümkün olmazdı. Və bu digər mübariz xalqlar üçün böyük örnəkdir ki, müqavimət göstərib öz haqlarını bu yolla əldə edə bilərlər. Bütün hərəkətlərdə örnək və nümunə, o hərəkətin nüvəsini təşkil edir. Təsbit olunmuş, hətta kiçik bir nümunə olmadan hərəkətin genişlənməsi və daha böyük fəzanı əhatə etməsi qeyri-mümkündür. İran İslam Respublikasının varlığı bütün müqavimət hərəkətlərinə ümidverici amil olub və teoriyadan təcrübəyə keçidin səbəbkarı olmuşdur.

İQNA: Qərbin İranfobiya siyasəti nə dərəcədə müvəffəq olub?

Hacı İlham Əliyev: Bu siyasətin müvəffəqiyyətinin nə dərəcədə olduğunu başa düşmək üçün ilk növbədə onun hədəfləri haqqında danışmalıyıq. İran İslam Respublikasını qorxunc və təhlükəli bir dövlət kimi tanıtdırmaqda bir neçə əsas hədəfi təqib edirlər:

1. İllərlə anbarlarda yığılıb qalmış silahlar üçün münbit bazar yaratmaq; bəzi qərb dövlətlərinin ərəb dövlətləri ilə bu zəmində imzaladıqları sənədlər buna şahiddir.

2. Bölgədə öz varlıqlarına don geyindirərək haqq qazandırmaq;

3. İran İslam Respublikasını bölgədə təkləmək

4. Xalqların gözündə İranı bədnam edərək, gözdən və nüfuzdan salmaq;

Təbii ki, Amerika və qərb dövlətləri bu siyasətin tam hədəflərinə nail ola bilməyiblər. Baxmayaraq ki, qismən müvəffəq olsalar belə, heç vaxt xalqların gözündə İranı ləkələ bilməliblər. Daim xalqların ürəyi İran İslam Respublikasının kənarında olmuşdur. Bu istiqamətdə əks təbliğatların təsiri müvəqqəti olub.

İQNA: Bu gün bir çox siyasi ekspert İran İslam Respublikasının terrorçu təşkilatlarla mübarizədə ən önəmli ölkələrdən biri olduğunu qeyd edirlər. Sizcə Qərb niyə İranın parlaq olan simasını qaraltmağa çalışır?

Hacı İlham Əliyev: İran İslam Respublikasının hədəf və ideologiya əsasında seçdiyi yaşam tərzi qərbin maraqları ilə tərs mütanasibdə olduğundan bu ölkənin mövcudiyyətinə onlarda qıcıq yaranmasına səbəb olmuşdur. Özlərinə rəqib sandıqları bir ölkənin əleyhinə seçdikləri mübarizə metodunu o ölkənin simasını ləkəməkdə görürlər. Deməli, öz talan siyasətlərinin qarşısında duran dünya ictimaiyyətindən təcrid etməyə nail olsalar, artıq heç bir rəqib tanımadan irəliləyəcəklər. Dünya xalqlarının baxışlarında İranı ləkələmək yalnız buna xidmət edir.

İQNA: İran və şiələrə qarşı siyasəti ilə tanınan Səudiyyə Ərəbistanının bu mövqeyi haradan qaynaqlanır?

Hacı İlham Əliyev: Öz xaıqlarının iradəsi üzündən deyil, qərbin qurduğu oyunlar vasitəsi ilə hakimiyyət əlldə etmiş rəhbərliklər təbii ki, onları səltənətə yetişdirənlərin maraqlarına xidmət edirlər. Fərqli davranış isə onlara səltənətlərinin itirəcək qədər qiymətə başa gələ bilər. Bu səbəbdən onların tutduqları rəftar tərzi başadüşüləndir.

İQNA: Niyə ABŞ-ın ən önəmli siyasətini İrana qarşı provakasiyaları artırmaq təşkil edir? Bu barədə nələr düşünürsünüz?

Hacı İlham Əliyev: Buna səbəb isə Amerika İranı özünə qarşı İranın daxili coğrafiyasındakı düşməni deyil, dünya çapındakı düşməni hesab etməsindədir. Deyərdim ki, İran yer kürəsində yeganə ölkədir ki, Amerika ilə olan düşmənçiliyi taktiki deyil, stateji səbəblərə əsaslanır. Belə olduqda İranın tərəfindəndən Amerikaya qarşı olan mövqe və açıqlamalar dərin məzmunlara xidmət edir. Bu isə onun dünya səviyyəsində vüqar və übuhətini sındırır. İrana qarşı olan düşmənçiliyinin əsas səbəbi də məhz elə budur.

İQNA: Bizimlə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.

Ad:
E-poçt:
* Comment: