Möhsin Pakayin açıqladı:
14:40 - September 07, 2016
Xəbər sayı: 3480777
Tehran, 07.09.2016 – İranın Bakıdakı səfiri: Ümumdünya Əhl-Beyt (ə) Cəmiyyəti, İslami Sülh Təşkilatı və TƏQRİB təşkilatı Mina facisəsinin cəhətlərinin işıqlanmasında təsirli rol ifa edə bilərlər.














İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Möhsin Pakayin - İran İslam Cümhuriyyətinin Azərbaycan respublikasındakı səlahiyyətli səfiri, İQNA-nın xüsusi müxbiri ilə müsahibəsində Ali-Səudun Həcc mərasimi məsələsinə mənfi və avtoritar yanaşması, bu ibadi-siyasi ayinin icrasında təxribat, sabotaj yaratması və idarəçiliyi bacarmamasından danışdı.

İran İslam Cümhuriyyətinin Azərbaycan respublikasındakı səlahiyyətli səfiri Möhsin Pakayin vurğuladı: Ümumdünya Əhl-Beyt (ə) Cəmiyyəti, İslami Sülh Təşkilatı və TƏQRİB (Məzhəblərin Yaxınlaşması) təşkilatı dini diplomatiyanın tətbiqi, İslami ölkələrin alimləri və ziyalıları ilə əlaqə yaratmaq yolu ilə Mina facisəsinin müxtəlif cəhətlərinin işıqlanmasında təsirli rol ifa edə bilərlər.

Mina faciəsindən bir il ötməsinə baxmayaraq nə üçün Ərəbistan dövləti hələ də bu faicə barədə yaranan suallara doğru və şəffaf bir cavab verməmişdir?

Həqiqət budur ki, İslam dünyasının bu faciənin barəsində çoxlu sualları var. Dünya müsəlmanları Ərəbistan şahlarının səthi və qeyri-məntiqi bəhanələrindən qane olmayıb və hələ də Mina faciəsinin səbəbkarlarının cəzalanmasını və rəsmi Ərəbistanın bu barədə İslam ümməti və faciə qurbanlarının ailələrindən üzr diləməyini gözləyirlər. Rəsmi Riyaz isə bu ağır və dərdli hadisə barədə öz məsuliyyətini qəbul etmək istəmir və elə buna görə də bu cinayət ilə bağlı dünya xalqlarına şəffaf bir cavab vermir.

Mina faciəsində şəhid verən digər ölkələr də İran İslam Respublikası qədər bu hadisəni təqib etdilərmi, əgər etmədirlərsə, bu laqeydlik və etinasızlığın səbəbi nədir?

Şübhəsiz ki, bu faciədə şəhid verən digər ölkələr də hələ də dərlidirlər, bu acı dərdlə yaşayırlar və bu böyük qəmi unuda bilməzlər. Bu hadisədə Allah evinin minlərlə ziyarətçisinin öz canını itirməsi kiçik bir məsələ deyildir. Mümkündür ki, bəzi ölkələrin Səudiyyə dövlətinə bağlı və onlardan asılı olduqları üçün bu məsələni təqib etməkdən əl çəksinlər və bəzi ölkələr də arzuolunan nəticəni əldə edə bilməyəcəklərindən naümid olub İran qədər bu məsələnin ardına düşməsinlər, amma İslam dünyası və İslami Əməkdaşlıq Təşkilatı bu zəif ölkələrin yerinə bu məsələni təqib etməli və icazə verməməlidirlər ki, şəhid hacıların qanı ayaq altında qalsın, tapdalansın və İran da bu zəmində öncül olmalıdır.

Mina faciəsinin şəhidlərinin xatirəsini əbədiləşdirmək və bu faciənin qurbanlarının ailələrinin qəminə şərik olmaq və onlara təsəlli vermək üçün nə etməliyik?

Öncə İranın özündə Mina faciəsinin şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün proqram və layihə hazırlamaq və bu proqramın icrası üçün büdcə ayırmaq lazımdır. Hər bir təşkilatın tərkibində mədəni bir şöbə yaradılmalı və bu şöbə Mina faciəsinin şəhidlərinin xatirəsini daim yaşatmalı və hər bir fürsətdə bu cinayətin amillərini və səbəbkarlarını məhkum etməlidir.

İranın xaricində isə bütün İslami ölkələr və əlaqəli qrumlar Mina faciəsi məsələsini təqib etmək üçün təşviq olunmalıdırlar.

Həmçinin İranın daxilində təbliğat təşkilatlar Mina faciəsinin müxtəlif cəhətlərini sənədli filmlər əsasında işıqlandırmalı, İran və dünya xalqına çatdırmalı və onları səudiyyəlilərin zalimanə siyasətlərindən agah etməlidirlər.

Beynəlxalq dairələrin bu hadisənin təqib edilməsində nə kimi rolu ola bilər?

Şübhəsiz ki, İslami Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qrumların bu məsələdə təsirli rolu olar bilər. Əlbəttə Səudiyyə dövləti öz nüfuzundan istifadə edərək çalışacaq ki, bu qrumların fəaliyyətini və təsirini zərərsizləşdirsin. Amma bu məsələ bizi adı gedən beynəlxalq qrumlarla əməkdaşlıq etməkdən çəkindirməməli və bu qrumların məsulları ilə davamlı iş birliyindən naümid etməməlidir.

Parlamentlərarası təşkilatlar, xüsusilə də Asiyanın parlamentlər arası təşkilatları bu iş üçün aktiv olmalı və müsəlman ölkələri parlamentlərinin iştirakı ilə keçiriləcək qarşıdan gələn payız sessiyasında bu iclas səudiyyəli şahlara təzyiqlər göstərilmək üçün əsas yerə çevirilməlidir. Bu arada bu məsələdə NAM-ın (Bitərəflər Hərəkatı) təsirli rolu ola bilər. Həmçinin Ümumdünya Əhl-Beyt (ə) Cəmiyyəti, İslami Sülh Təşkilatı və TƏQRİB (Məzhəblərin Yaxınlaşması) təşkilatı dini diplomatiyanın tətbiqi, İslami ölkələrin alimləri və ziyalıları ilə əlaqə yaratmaq yolu ilə Mina facisəsinin müxtəlif cəhətlərinin işıqlanmasında təsirli rol ifa edə bilərlər və beynəlxalq toplantılar təşkil etməklə öz vəzifələrinə əməl etməlidirlər.

İran İslam Respublikası bu il Ərəbistanın qoyduğu şərtlərə boyun əymədi, hacıların əzəmət və vüqarını qorudur və Həccə zair göndərmədi. Sizin fikrinizcə bu addım (Ərəbistanın kimliyini ortaya qoymaq və həqiqətlərin aşkar olmasında) nə qədər təsirli ola bilər?

Həqiqət budur ki, İran çox çalışdı ki, müzakirə yolu ilə iranlı hacıların Həccə ezam edilməsinin yolu bağlanmasın. Amma Ərəbistan dövləti öz sabotajçılığı ilə iranlı hacıların bu il Həcc mərasimində iştirak etməsinə mane ola bildi. Başqa sözlə desək, Ərəbistanın həcc nazirliyi və Səudiyyə dövləti iranlı hacıların təhlükəsizliyinin qorunacağı barədə zəmanəti və həmçinin bu iş üçün iranlılara da lazım olan ixtiyarı vermədi. İranlı hacıların bu il Həcc mərasimində iştirak etməməsi həqiqətdə səudiyyəlilərin və rəsmi Riyazın bu mərasimin idarəsindəki ləyaqətsizliyinə və idarəçiliyi bacarmamasına etiraz idi. İranın bu addımı bir növ insanları oyatmaq və aydınlatmaq üçün nəzərdə tutulmuşdur və digər ölkələrin hacılarının da Ərəbistanın cinayətlərinə qarşı gözüaçıq olması və oyanmasında öz təsirini qoyacaq.

Sizin fikrinizcə Ali Məqamlı Rəhbərin bu il Həcc mərasiminə ünvanladığı ismarıc Ali-Səudun xəbis çöhərisini rüsvay etmək və Ərəbistanın Həcc mərasimini idarə etməkdə ləyaqətsizliyini göstərmək üçün nə qədər təsirli olacaqdır?

İslam İnqilabının Ali Məqamlə Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin mübarək Həcc mərasimi astanasında bütün düyna müsəlmanlarına və Beytullahul-Həramın həcilərinə ünvanladığı ismarıc çox təsirli işarə, göstəriş və məqamlarla dolu bir ismarıc idi. Bu ismarıcın əsas hissəsi səudiyyəlilərin cinayətlərini, bəzi acı həqiqətlərin ifşası ehtiva edir, o cümlədən Ərəbistan və sionist rejiminin gizli və aşkar rabitələrini, Riyazın İŞİD kimi radikal cərəyanları və terrorçuları himayə eləmisini və Yəmənin günahsız və müdafiəsiz məzlum sivil vətəndaşlarını qətliam etməsini və buna oxşar halları açıqlayır. Bütün dünya müsəlmanları tərəfindən alqışla qarşılanan bu mesaj göstərdi ki, dünya əhalisi Ali-Səudun anti-İslam addımlarından cana doyub, nifrət edir, səudiyyəlilərə qarşı əsəbidirlər və həmçinin səudiyyəlilərin müsəlman ölkələrinin hacılarına qarşı həyata keçirdikləri zalimanə, avtoritar və mənfi siyasətə qarşı müxalif olduqlarını göstərmək və mübarizə aparmaq üçün hazırdırlar.

Ali Məqamlı Rəhbərin bu aydın, aşkar, kəskin və qüdrətli mesajı o qədər nüfuzlu və təsir ediri idi ki, İslam dünyasının bütün alimləri, ruhaniləri və aydınları bu mesaja reaksiya verdilər. Bunun nəticəsində Səudiyyə dövlətinin sionist rejimi ilə təhlükəsizlik barədə əməkdaşlığı kəskin tənqid atəşinə tutuldu.

Təəssüflər olsun ki, bu ilin Həcc mərasimində hacılara İsrail tərəfin hazırladığı guya təhlükəsizlik bilərziyi də verilib. Bu da tarixdə özlərini Həccin təşkilatçıs sayanların ətəyinə yapışan ömürlük qara ləkə və arsızlıq damğası kimi qalacaqdır.

Müsahibəni hazırladı: Mürtəza Kərimi

http://iqna.ir/fa/news/3528492


Teqlər: İQNA ، Səfir ، Pakayin ، Bakı ، Həcc ، İran ، Ərəbistan
Ad:
E-poçt:
* Comment: