IQNA

Sionist İsrail rejimi kitabxanasında saxlanılan Quran nüsxələri

13:02 - October 08, 2016
Xəbər sayı: 3480876
Terhan, 08.10.2016 – Sionist İsrail rejiminin nəzarətində olan kitabxanada Quranın 100-ə yaxın nadir əlyazma nüsxəsi saxlanılır.
Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bu rejimin nəzarətində olan kitabxanada saxlanılan ən qədim Quran nüsxəsi IX əsrə aiddir.

Kitabxana Qüds şəhərində və sionistlərin işğal və nəzarəti altındadır. Bu kitabxanada mövcud olan Quran əl yazmalarında IX əsrə aid Kufi xəttlə yazımış Quranı göstərmək olar. Bundan başqa XIII əsrə aid və Məmlukilərə məxsus Quran və eləcə də 1614-ci ildə İmadəddin bin İbrahim Şirazinin əlyazması olan Quranı göstərmək olar.

Bu kitabxanada həmçinin 1000 il bundan öncəyə məxsus Tövrat kitabı saxlanılır. Sionistlər bu əlyazmanı güclü təhlükəsizlik tədirləri altında saxlayır.

Aşağıda həmin kitabxanada saxlanılan Quran nüsxələrinin bir neçəsinin şəkilini təqdim edirik:


 
(1870-ci ildə  Məhəmməd Əl-Helminin şagirdlərindən olan  Hac Məhəmməd Şərif Rəmzinin xəttatlığı ilə işlənilib)
 
 
(III hicri və IX miladi əsrinə aid  əlyazma , Kufi xətti)
 
 
(Şirazi nüsxəsi,  İmadəddin bin İbrahim Şirazinin əl yazması 1023 h.q, 1614 miladi)

captcha