21:40 - November 13, 2016
1
Xəbər sayı: 3480992
Tehran, 13.11.2016- "Spayker" hadisəsi zamanı İraq əsgərlərini İŞİD təkfirçi terroristlərinin əlindən xilas edən "Ümmü Qüsəy" bildirib ki, ən mühüm arzusu İmam Rzanın (ə) hərəmini ziyarət etməkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Spayker" hadisəsi zamanı 25 nəfər iraqlı əsgərə öz evində pənah verərək İŞİD təkfirçi terroristlərinin əlindən xilas edən şirürəkli xanım "Ümmü Qüsəy" bu günlərdə İran İslam Respublikasının İraqdakı Mədəniyyət İşləri nümayəndəsi Höccətul- İslam vəl- müslimin Qulamrza Əbazəri ilə görüşündə bildirib ki, ən mühüm arzusu Məşhəd şəhərinə gəlib İmam Rzanın (ə) müqəddəs hərəmini ziyarət etmək və İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamenei ilə görüşməkdir.

İran İslam Respublikasının İraqdakı Mədəniyyət İşləri nümayəndəsi Höccətul- İslam vəl- müslimin Qulamrza Əbazəri bu görüşdə "Ümmü Qüsəy" xanımı şirürəkli xanım adlandıraraq onun bu qəhrəmanlığının tərifə sığmadığını vurğulayaraq dedi: Heç bir mükafatla sizin qəhrəmanlığızı dəyərləndirmək və sizin haqqınızı əda etmək olmaz və tarix sizin bu fədakarlığınızı birdəfəlik öz daş yaddaşına yazmışdır.

Höccətul- İslam vəl- müslimin Qulamrza Əbazəri bu qəhrəman xanımı dinlədikdən sonra onu İrana dəvət etdi və bildirdi ki, bu müqəddəs səfər, İnşaallah, çox yaxın zamanlarda baş tutacaqdır.

"Ümmü Qüsəy" bu görüşdə dedi: İŞİD təkfirçi terroristləri əleyhinə döyüşən bütün mübarizlər İmam Əli (ə) və İmam Hüseyn (ə) ölvadlarıdırlar və zülm ilə mübarizədə də onlardan (ə) ilham alıblar.

O əlavə etdi: Bütün dünya bilsin ki, insanlığı, rəhməti və mehribanlığı ayaq altına almış İŞİD təkfirçi terroristlərinin İslamla və İslam Peyğəmbərinin (s) gətirdiyi dəyərlərlə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Ümmü Qüsəy Səlahuddin əyalətinin "əl-Elm" bölgəsindəndir və 2014-cü ilin İyun ayının 11 və 15-i arasında 1700 nəfər hərbi hava qüvvələrinə aid iralı əskərin qətliam olunduğu Spayker hadisəsində 25 nəfər iraqlı əsgərə öz evində pənah verərək onları terrorçulardan qorumuşdu.

İraq dövləti bu xanımı milli qəhrəmanlıq ordeni ilə təltif etmiş və dövlət hesabına Həcc mərasiminə göndərmişdir.

http://www.iqna.ir/fa/news/3545227


Teqlər: İQNA ، İraq ، Məşhəd ، Ümmü Qüsəy ، Spayker
Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Ezasarem hoseyne
0
0
Allah razi olsun bu xanimdan Allah onu Xanim Zehra s.e ile meshur etsin Allah bizide hidayet etsin ve bizide Islam ugrunda fedakarig edenlerden qerar versin Allah razi olsun Bu yazini paylasan herkesden
Administrator Amin!
Ad:
E-poçt:
* Comment: