IQNA

İranın Bakıdakı keçmiş səfiri açıqlama verdi:
12:15 - December 15, 2016
Xəbər sayı: 3481143
İsrailçalışır ki, bu səfərdə özünü düşdüyü inzivadan qurtarmaqla yanaşı Bakı –Tehran münasibətlərinin müsbət yöndə inkişafının sürətini də azaltsın.

Möhsin Pakayin – İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində dedi: İsrailin baş nazirinin qonşu müsəlman ölkəsinə gəlişinin əsas hədəfi özünü düşdüyü inzivadan xilas etmək və müsəlman ölkələri arasında ixtilaf və təfriqə salmaqdır.

Keçmiş səfir, işğalçı sionist rejiminin baş naziri Binyamin Netanyahunun qonşu Azərbaycan cümhuriyyətinə səfərinə işarə edərək dedi: Sionist rejimi Fələstini işğal etdiyi və fələstinlilərin əleyhinə törətdiyi davamlı cinayətlərinə, hərbi cinayətlər və qətliamlar etdiyinə görə, dünya ölkələri arasında təklənib və təcrid olunmağa başlayıb. Buna görə də müsəlman ölkələrinə səfər edərək özünü düşdüyü inzivadan qurtarmaq və cinayətlərinin üstünü örtmək istəyir.

O əlavə etdi: Həqiqətdə İsrail rejimi və Netanyahunun bur cür səfərlərə ehtiyacı var və elə buna görə gözlənilməz və qeyri-adi bir addımda Azərbaycanın milli bayramı günü təbrik ismarıcı ilə birlikdə bu ölkəyə səfər edəcəyini elan etdi. Daha dəqiq desək Netanyahu bu dəfə özünü Azərbaycan dövlətinə dəvətsiz qonaq kimi yüklədi.

Pakayin vurğuladı: Netanyahunun bu səfərdə növbəti hədəfi İran və Azərbaycan əlaqələrində gərginlik və soyuqluq yaratmaqdır. Xoşbətlikdən son illər ərzində Tehran – Bakı əlaqələri hərtərəfli və geniş şəkildə inkişaf etmiş və İsrailin gözünə bir tikan olmuşdur. Buna görə də Netanyahu çalışır ki, bu səfəri çərçicəsində Bakı –Tehran münasinətlərinin sürətlə müsbət yöndə inkişafının sürətini azaltsın.

Möhsin Pakayin – İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, sionist rejiminin Azərbaycan respublikasına yaxınlaşmaq üçün cəhdini belə izah etdi: Sionist rejimi istəyir ki, bir müsəlman ölkəsinə səfə edərək belə göstərsin ki, müsəlman ölkələri arasında da dostları vardır və bu vasitə ilə İslami ölkələr ilə əlaqələrini adi vəziyyətə qaytarmaq istəyir.

O əlavə etdi: Biz və İslam dünyası gözləmirdik ki, Azərbaycan dövləti bu gözlənilməz səfərə razı olsun. Çünki Azərbaycan İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrdəndir və bu təşkilatın qətnaməsinə görə, İsrailin inzivadan və təklənmədən çıxarılmasına səbəb olan olan hər bir addım qadağandır. Həmçinin Azərbaycanın müsəlman camaatı işğalçı sionist rejiminə nifrət edir və təbbi olaraq dövlətlərinin bu addımından narazıdırlar və buna görə də dövlət rəsmilərini qınayacaqlar. Necə ki, bəzi İslami təşkilatlar həm bu səfərə qarşı öz etirazlarını bildirdilər və həm də etiraz piketləri keçirdilər.

Pakayin vurğuladı: Təəccüblüdür ki, özü işğaldan əziyyət çəkən bir ölkə İsrail kimi işğalçı və cinayətkar bir dövləti qonaq olaraq qəbul edir. Azərbaycan dövləti işağlçılığın mənfi nəticələrini bilir və illərdir ki, torpaqlarının və ərazilərinin işğalda olduğu üçün öz vətəndaşlarının qaçqınlıq vəziyyətində acınacaqlı durumuna şahiddir. Belə olan halda necə olar bilər ki, Fələstin torpaqlarının işğalını və müsəlman fələstinlilərin qaçqınlığını görməzdən gəlsin və işğalçılıq ilə mübarizə yerinə Qüdsün işğalçılarının yanında olsun?!

İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri İQNA-nın müxbirinin "nə üçün sionist rejiminin media və "kiv"-ləri Netanyahunun Azərbaycana səfərinin üzərində fokus edib və mərkəzləniblər və bu məsələni bacardıqları qədər çox qabarıq göstərməyə çalışırlar?" sualının cavabında dedi: Sionist rejiminin media və "kiv"ləri hələ iki ay öncədən bu səfərlə bağlı xəbərləri təkrar- təkrar elan edirlər və həqiqətdə "inziva və təklənmədən çıxış layihəsi"ni gücləndirmək istəyirlər. Onlar bu xəbərləri qabardaraq həm İsraili inzivadan qurtarmaq və həm də İslami ölkələrin arasında təfriqə və soyuqluq salmaq istəyirlər.

İQNA-nın müxbirinin "Netanyahunun bu səfərinin digər İslami ölkələr arasında Azərbaycan üçün nə kimi mənfi nəticələri olan bilər?" sualının cavabında Pakayin dedi: Mənim fikrimcə Netanyahunun bu səfəri məğlubiyyətə məhkum və uğursuzdur. Qısa bir müddətdə İsrail mediası üçün "xəbər" başlığından başqa bir şey deyildi və bununla "inzivadan çıxış layihəsi"ni icra edə bilməyəcəklər.

O əlavə etdi: Bu işğalçı rejim dünyada və müsəlmanlar arasında o qədər mənfurdur ki, bir- iki müsəlman ölkəsinə qısamüddətli səfərləri ilə inzivadan və abırsızlıqdan canı qurtara bilməz.

Pakayin vurğuladı: "Bu səfərin ikinci hədəfi, yəni Bakı- Tehran münasibətlərin korlamaq layihəsi də nakam qalacaqdır. Çünki İran və Azərbaycan münasibətləri çox möhkəmdir. Və iki ölkənin məsulları öz uzaqgörənlikləri və oyaqlıqları sayəsində Bakı- Tehran əlaqələrində hər hansı bir soyuqluğun yaranmasına icazə verməyəcəklər. Çünki Azərbaycan dövləti son illərdə sionist rejiminin sədaqətsiz olduğuna çox yaxşı vaqif və agah olub. Və yaxşı olar ki, Tel-Avivin bu səfərdə Bakıdan yenə də su-istifadə etməsinə icazə verməsin, yoxsa, əks halda özünün İslami ölkələr ilə əlaqələrinə zərbə vura bilər".

Qedy edək ki, işğalçı sionist rejimi olan İsrailin baş naziri Binyamin Netanyahu cari həftənin 2-ci günü Bakıda Azərbaycan respublikasının prezidenti İlham Əliyev ilə görüş keçirib.

Mürtəza Kərimi

http://iqna.ir/fa/news/3553615


Teqlər: İQNA ، Tehran ، Bakı ، İsrail ، Tel-Aviv ، Netanyahu
Ad:
E-poçt:
* Comment: