Ayətullah Şeyx Nəim İsa Qasim İQNA ilə müsahibəsində dedi:
11:14 - December 19, 2016
Xəbər sayı: 3481162
İŞİD Hələbi alaraq bu şəhəri təkfirçilərin ikinci dövləti elan etmək fikrində idi, amma Hələbin azad edilməsi təkfirçi terrorislər və onların hamilərinin senari və planları alt-üst və məhv etdi.

Ayətullah Şeyx Nəim İsa Qasim 30. Beynəlxalq İslam Vəhdəti Konfransının haşiyəsində İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində təkfirçi cərəyanların Qərbdə İslamın həqiqi simasını ləkələdikləri və İslam əleyhinə təxribat yaydıqları məsələsinə işarə edərək dedi: Mən təkfirçi cərəyanların Qərbdə İslamdan yanlış bir təsəvvürün və fikirin yaydıqlarını deyənlər ilə müxalifəm, çünki İran İslam Cümhuriyyəti və digər İslami Müqavimət cəyanları və İslam mücahidləri həqiqi İslamı çox gözəl şəkildə bütün dünyaya təqdim edir və göstərirlər. Qərbli xalqların vəzifəsidir ki, bu iki "İslam"ı bir- biri ilə müqayisə etsinlər və agahcasına həqiqi İslamı seçsinlər və tanısınlar.

Livan İslam Müqaviməti Hərəkatının baş katibinin müavini əlavə etdi: Əgər qərblilər "müqavimət mehvəri"nin həqiqi İslamdan tədqim etdiyi təsviri buraxıb təkfirçilərin göstərdiyi İslamı bəhanə edərək İslamı dərk etmədiklərini və İslama uyuşa bilməyəcəklərini deyirlərsə, bu onların öz anlayışında olan problemidir.

Ayətullah Şeyx Nəim İsa Qasim müsahibənin davamında dedi: Mənim fikrimcə artıq təkfirçilərin İslamdan yanlış təsvir və təsəvvür yaymaq fikrində və niyyətində olmaları hamıya bəlli olmuşdur və hamı gözəl bilir ki, bu təkfirçi və terrorist cərəyanlar həqiqi İslamın nümayəndəsi deyil və onların həqiqi İslamın tanıtıcısı ola bilməzlər.

Livan İslam Müqaviməti Hərəkatının baş katibinin müavini Ayətullah Şeyx Nəim İsa Qasim İŞİD-in Hələbi öz ikinci dövlətinə çevirmək və bununla da Suriyanı ikiyə bölmək istədiyini önə çəkərək dedi: Qərar belə idi ki, İŞİD Hələbi alaraq bu şəhəri təkfirçilərin ikinci dövləti elan etsin və o tərəfdən də Ərəbistan, İsrail və ABŞ-ın səhnə arxasındakı muzdurları Dəməşqi öz təsirləri altına alsınlar. Amma Hələbin azad edilməsi təkfirçi terrorislər və onların hamilərinin senari və planları alt-üst və məhv etdi.

O əlavə etdi: Hələbin azad edilməsi bais oldu ki, təkfirçi cərəyanlar və dəstəkçi dövlətlər arasındakı alver sazişi pozulsun və onların senarisi alt-üst olsun və Hələb sonda yenə də ana Suriyanın qucağına qayıtsın.

Ayətullah Şeyx Nəim İsa Qasim bu əməliyyatda "müqavimət mehvəri"nin ifa etdiyi təsirli rola işarə edərək dedi: HİZBULLAH ordusunun Hələbin azadlığı uğurunda mübarizəsi təkcə bu şəhərə münhəsir və aid deyil, həm də bütün Suriyanın azadlığına köməkdir və bütün Suriya uğurunda mübarizədir və "müqavimət cərəyanı"na əsaslı bir köməkdir.

http://iqna.ir/fa/news/3554613


Ad:
E-poçt:
* Comment: