IQNA

0:38 - December 21, 2016
Xəbər sayı: 3481171
Bu günlərdə Türkiyənin xəbər agentliklərinin əsas işi ümumi kütlənin fikirini çaşdırmaq və azdırmaqdır. Bunun üçün kifayətdir ki, İran, Suriya və Rusiya sözü bu ölkənin medialarında axtarılsın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin birinci günü Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada silahlı terror hücumunda canını itirdi. Bu hadisə baş verən zamandan indiyədək hadisə barədə bir-birinə zidd olan xəbərlər yayılır.

Müxtəlif medialar müxtəlif qruplaşma və cərəyanları hədəfə alsalar da Rusiyanın Ankaradakı səfirinin terror edilməsinin əsas mahiyyəti və səbəbləri hələ də aydınlaşmayıb.

Hadisədən dərhal sonra Türkiyənin bəzi media dairələri Fətullah Güləni, digərləri P.K.K-nı və digər tanınmış terro qruplarını bu hadisədə günahlandırdılar. Amma həqiqətən bu hadisənin pərdə arxasında kimlər və hansı qruplar dayanır sual doğurur və şübhələr yaradır və bu məsələnin aydınlaşması üçün mətbuatda daha dəqiq informasiyalar axtarmaq lazımdır.

İndiyədək məlum olan isə budur ki, Mərt Altuntaş adında 22 yaşlı cavan ki, Türkiyənin anti-üsyan polisinin zabitlərindən biridir, bu terror hücumunu həyata keçirib.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Hadisədən əldə olunan görüntülərdə isə hücumçu səfiri öldürəndən sonra Ərəb dilində sözlər deyir və sonra isə türkcə danışır: "Suriyanı unutmayın! Hələbi unutmayın! Bizim diyarımız təhlükəsizlik üzü görməyincəyə qədər siz də təhlükəsizliyin tamını dada bilməyəcəksiniz! Bu zülmdə əli olan hər kəs hesab verəcəkdir!".

Türkiyə mediası bu klip barəsində müxtəlif və gicəldici təfsirlər verirlər və bu işdən əsas hədəfləri isə daha çox ümumi kütlənin fikrini ekstremizimin xeyirinə olaraq azdırmaq və çaşdırmaqdır.

Amma görəsən həqiqətən də terror hücumuna həyata keçirən polisin hədəfi Hələbin intiqamını ruslardan almaq idimi?

Bu suala cavab vermək üçün əvvəlcə Suriyada son baş verənləri qısaca yenidən analiz etmək lazım gəlir. Hələb şəhəri Suriyanın strateji regionlarından biridir. Bu şəhər keçən həftə terroristlərdən təmizləndi. Bu məğlubiyyət Ərəb- Türk tərəfləri üçün o qədər ağır idi ki, zərbədən səndirliyərək siyasi naşılığa əl atdılar və "İslami Müqavimət" cərəyanı əleyhinə İran və Rusiyanın diplomatik yerlərinin önündə aksiyalar keçirdilər. Terroristlərin Türkiyədəki havadarları daha çox canfəşanlıq edərək siyasi atmosferi İran və Rusiya əleyhinə çevirmək üçün bu aksiyaları digər ölkələrə də sirayət vermək istədilər.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Bu hadisələrin baş verməsinin əsas səbəblərindən biri isə Türkiyə mediasının radikal, ifratçı və ekstremist mövqe tutmasıdır. Türkiyə mediaları tətil olunacaqlarının qorxusundan və bəzəndə müştərək maraqlar üçün hakim partiyanın siyasi xəttində addımlayır və maraqlarına xidmət edir. Bundan öncə Türkiyə medialarda hakim partiya əleyhinə xırda-para tənqidlər görmək olurdusa, bu gün artıq o da yox həddindədir. Bu günlər də Türkiyə mediası hakim partiya tərəfindən daha çox ümumi kütlənin fikirlərini çaşdırmaq və azdırmaq üçün istifadə edilir və ümumi atmasfer hakim partiyanın xeyirinə radikallaşdırılır. Bu müddəanın isbatı üçün kifayətdir ki, İran, Suriya və Rusiya sözü bu ölkənin medialarında axtarılsın. Dərhal görəcəksiniz ki, Hələbin işğaldan azad edilməsi barədə əsasız və yalan xəbərlər bütün medianı doldurub.

Medianın ümumi kütləni bu şəkildə aldatması və onları dini və milli radikalizmə yönəltməsi bəzilərin İran və Rusiya diplomatik yerlərinin qarşısında aksiya keçirməyə həvəsləndirir.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Türkiyə mediaları hadisələri elə mühəndislik edirlər ki, guya Türkiyə Suriya xalqının hamisidir, Hələbdə heç bir terrorist olmayıb və İran və Suriya dinc xalqı qətliam edir. Və bu cür yalan xəbərlərin xalqın beyininə yeridilməsinin nəticəsi idə ki, Rusiyanın səfiri bir fotosərgi yerində terror edildi.

Bütün bunlar göstərir ki, Hələbin azad edilməsi terroristlərin hamilərini çox narahat edib və əsəbləşdirib və onlar öz növbəsində tələsik hərəkətlə əslində özlərinin terroru dəstəklədiklərini bir daha aşkar etdilər.

Türkiyədə baş verənlər göstərdi ki, ümumi kütlənin zehni azdırılıb. Çünki Hələbi belə canfəşanlıqla dəstəkləyən türklər nə üçün fələstinlilər üçün İsrail, bəhreynlilər üçün Bəhreyn, yəmənlilər üçün Ərəbistan səfirliklərinin qarşısında aksiyalar keçirmirlər? Bu ölkələrdə müsəlman xalqa tutulan divandan xəbərsizdirlərmi?

Halbuki Türkiyənin dövlət medialarında Yəmən, Bəhreyn və Fələstindən bir xəbər yoxdur, onlar bu ölkələrdə qətliam olunan müsəlmanları görmürlər. Görünən isə budur ki, bu medialar artıq "şiə", "şiə yaraqlıları" sözlərini işlədir, "həşduş-şəəbi" kimi xalq könüllülərini mənfi qələmə verir və terrorist kimi tanıtdırırlar.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Bütün bunlar göstərir ki, hakim partiya medianı özünə tabe edib, media insanları aldadır və yaxın gələcəydə avam kütlə burnunun ucundan oyananı görməyəcək.

Mürtəza Kərimi

http://iqna.ir/fa/news/3555351


Ad:
E-poçt:
* Comment: