IQNA

İraqda ilk dəfə əlyazma nüsxələrin üzü elektron metodla çıxarılır

16:58 - January 12, 2017
Xəbər sayı: 3481253
İraqın "əl-Kəfil" çap və nəşriyyat müəssisi ilk dəfə olaraq bu ölkədə yeni texnologiyadan istifadə edərək qədim əlyazma nüsxələrin elektron nüsxəsini hazırlayaraq çap edəcək.

İraqda ilk dəfə əlyazma nüsxələrin üzü elektron metodla çıxarılır

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın "əl-Kəfil" çap və nəşriyyat müəssisəsi ilk dəfə olaraq bu ölkədə yeni texnologiyadan istifadə edərək qədim əlyazma nüsxələrin elektron nüsxəsini hazırlayaraq çap edəcək.

Nəşriyyatın bu addımı qədim və orjinal əlyazma nüsxələrin qorunması və həmçinin tədqiqatçıların arasında orjinal nüsxənin üz çıxarışının yayılmasıdır ki, belə olan halda qədim və nadir əlyazma nüsxələr zədələnmədən uzun illər qalacaqdır.

Fəras İbrahimi - İraqın "əl-Kəfil" çap və nəşriyyat müəssisəsinin müdiri, bu barədə dedi: Əlyazma nüsxələrin elektron versiyalarının hazırlanmasında və çap edilməsində əsas hədəfimiz nadir orjinal nüsxələrin qorunmasıdır. Həzrət Abbas (ə) hərəminin kitabxanasında müxtəlif qədim və nadir əlyazma nüsxələrin çoxluğu və tədqiqatçıların buna olan ehtiyacı bizi vadar etdi ki, tədqiqatçıların istifadəsi üçün elektron nüsxələr hazırlansın və orjinal nüsxələrin üzünün çıxarışı çap edilsin və bununla da orjinal nüsxələr ehtimal olunan zədələrdən qorunsun.

O əlavə etdi: Bizim bu barədə ilk təcrübəmiz Mühəqqi Hillinin "Müxtəsərul-Mərasimil-Ələviyyə" (676 hq) kitabının orjinalı ilə bərabər olan çıxarışı oldu. Bu əsər ilk dəfə Hillə şəhərinin "Milli və Dini Miras Mərkəzi" tərəfindən çap edilib.

İraqın "əl-Kəfil" çap və nəşriyyat müəssisəsinin müdiri dedi: Qədim əlyazma nüsxələrinin elektron nüsxəsinin hazırlanmasında kadırlarımız çalışır ki, kopi ilə orjinal nüsxə arasında oxşarlığı qorusunlar. Buna görə də texnologiyadan istifadə edərək orjinal nüsxənin çap formatını, kağızın rəngini, xəttin rəngini və s... eyni ilə kopi nüsxəyə köçürürlər ki, tədqiqatçı elektron və ya kopi nüsxədən istifadə edərkən orjinal nüsxədən istifadə edərkən keçirdiyi hisləri keçirsin.

http://iqna.ir/fa/news/3562033

استفاده از تکنولوژی چاپ نسخ خطی برای اولین بار در عراق

استفاده از تکنولوژی چاپ نسخ خطی برای اولین بار در عراق

استفاده از تکنولوژی چاپ نسخ خطی برای اولین بار در عراق

استفاده از تکنولوژی چاپ نسخ خطی برای اولین بار در عراق

captcha