IQNA

Tatarıstanın müftisi:

Terrorist radikalların İslamla heç bir əlaqəsi yoxdur

0:32 - January 16, 2017
Xəbər sayı: 3481262
Kamal Səmiulin -Tatarıstan cümhuriyyətinin müftisi, vurğuladı: Suriya qanuni dövlətinin əleyhinə vuruşan İŞİD və digər silahlı və radikal qrupların İslam dini ilə heç bir yaxınlığı və əlaqəsi yoxdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kamal Səmiulin -Tatarıstan cümhuriyyətinin müftisi, vurğuladı: Suriya qanuni dövlətinin əleyhinə vuruşan İŞİD və digər silahlı və radikal qrupların İslam dini ilə heç bir yaxınlığı və əlaqəsi yoxdur.

Rusiya federasiyasının Tatarıstan muxtar respublikasının müfiti Kamal Səmiulun öz çıxışında Suriyada vuruşan ifratçı və radikal silahlı qruplaşmaların din adından sui-istifadə etməsinə işarə edərək vurğuladı: Müsəlmanlar terroristləri İslam dininin himayədarı hesab etmir, əksinə onları müsəlmanlar və İslam ümməti arasında kin, nifaq, ixtilaf və təfriqəçilik toxumu səpən yad ünsürlər sayırlar.

Kamal Səmiulin - Tatarıstan cümhuriyyətinin müftisi, əlavə etdi: Bütün dünya müsəlmanlarının terroristlərə qarşı çox açıq və net bir mövqeyi vardır. Və bütün İslam dünyası İŞİD və onlar kimi radikal ünsürlərdən bizardır. Biz, Rusiya müsəlmanları adından hamıdan öncə İŞİD-in bütün cinayətlərini məhkum edirik. Hazırda da biz çalışırıq ki, müsəlman cavanları terror təhlükəsi ilə yaxından tanış edək və onları həqiqi İslam maarifi ilə məlumatlandıraq.

Tatarıstan cümhuriyyətinin müftisi çıxışının digər hissəsində bu ölkənin paytaxtı Kazanda "İslam Konfransı" keçiriləcəyi barədə xəbər verərək dedi: Bu konfransın cari ilin Fevral ayında keçiriləcəyi planlaşdırılır.

O əlavə etdi: Bu konfransda Rusiya, Mərkəzi Asiya və Orta Şərq müsəlman alimlərinin iştirak etməsi üçün proqramlar icra edilməkdədir. Həmçinin bu konfransda Suriya böhranı və müsəlman maskası taxmış terroristlərin fəaliyyətləri araşdırılacaqdır.

http://iqna.ir/fa/news/3562856


Teqlər: iqna ، tatarıstan ، kazan ، müfti ، terror ، İŞİd
captcha