IQNA

Türkmənistanda "Rəfsəncani" adına kənd və "İmam Xomeyni" adına məscid + Foto

23:58 - January 16, 2017
Xəbər sayı: 3481265
Türkmənistanın cənubunda, Mərv əyalətində "Bayraməli" regionunun qədim "Nəriman adlı" kəndinə illər öncə iki ölkənin prezidentlərinin iştirakı ilə "Haşimi Rəfsəncani" adı verilmişdi.

فردا//روستای «رفسنجانی» و مسجدی که به جای آیت‌الله «امام(ره)» نام گرفت + عکس

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məhəmməd Cavad Əbul-Qasimi – İran İslam Respublikasının Türkmənistandakı səfirliyinin mədəni əlaqələr üzərə məsul işçisi, İQNA üçün eksklüziv olaraq göndərdiyi məlumatda Türkmənistanda "Ayətullah Əliəkbər Haşimi Rəfsəncani" adına bir kəndin olduğunu və nə üçün belə adlandığını xəbər vermişdir.

Türkmənistanın cənubunda, Mərv əyalətində "Bayraməli" regionunun qədimdə "Nəriman" adlanan kəndinə illər öncə "Haşimi Rəfsəncani" adı verilmişdir.

Ayətullah Haşimi Rəfsəncani öz prezidentlik dönəmində Türkmənistan prezidenti Səfərmurad Niyazov ilə birlikdə Mərv əyalətinə səfər edir və bu səfərdə Rəfsəncaninin şərəfinə "Nəriman" kəndinin adı "Rəfsəncani" adı ilə əvəz edilir.

Elə bu səfər zamanı da yeni "Rəfsəncani" kəndində yeni bir məscidin özülü qurulur və məscidi də "Rəfsəncani" məscidi adlandırmaq istəyirlər, amma Ayətullah Haşimi Rəfsəncani buna etiraz edir və məscidin adını "İmam Xomeyni məscidi" adlandırır və sonralar bu məscid əhali arasında "İmam Məscidi" adı ilə məşhurlaşır.

Türkmənistanın paytaxtı Aşqabadın 500 km.-liyində yerləşən bu məscid 1376-cı hicri-şəmsi ilində iki ölkənin prezidentlərinin iştirakı ilə rəsmi açılış mərasimindən sonra istifadəyə verilmişdir.

İki müsəlman ölkənin müştərək milli və dini dəyərlərinin rəmzi olan bu məscid İslami- İrani memarlıq üslubu ilə tikilmişdir.

Əksəriyyəti farsdilli olan Mərv əyalətinin əhalisi bütün dini mərasimlərini, o cümlədən Qurban bayramı, Ramazan bayramı, Məhərrəmlik əzadarlığını və Ramazan ayının Qədr gecələri mərasimlərini bu məsciddə keçirirlər.

İran və Türkmənistanın "ipək yolu" üzərində 4000 kv. metr sahədə tikilmiş bu məscid iki ölkənin tarixi və mədəni əlaqələrinin möhkəmlənməsində 19 ildir ki, rol önəmli ifa edir.

Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə keçən həftənin "cüməaxşamı" gecəsi bu məsciddə əzəmətli əzadarlıq mərasimi keçirilmiş, İslam İnqilabının dahi rəhbəri Həzrət Ayətullah İmam Xomeyninin və inqilab şəhidlərinin ruhu anılmışdır.

فردا//روستای «رفسنجانی» و مسجدی که به جای آیت‌الله «امام(ره)» نام گرفت + عکس

روستای «رفسنجانی» در ترکمنستان و مسجدی که «امام» نام گرفت + عکس

روستای «رفسنجانی» در ترکمنستان و مسجدی که «امام» نام گرفت + عکس

فردا//روستای «رفسنجانی» و مسجدی که به جای آیت‌الله «امام(ره)» نام گرفت + عکس



فردا//روستای «رفسنجانی» و مسجدی که به جای آیت‌الله «امام(ره)» نام گرفت + عکس

فردا//روستای «رفسنجانی» و مسجدی که به جای آیت‌الله «امام(ره)» نام گرفت + عکس

http://iqna.ir/fa/news/3562511


captcha