IQNA

Avstriyada hicab qadağasına qarşı etiraz aksiyası keçirilib

12:48 - January 17, 2017
Xəbər sayı: 3481267
Ötən gün Avstriya müsəlmanları və fəalları bu ölkədə dövlət qulluqçuları üçün hicabın qadağan edilməsi layihəsinə qarşı Vyanada etiraz aksiyası keçirib.


Avstriyada hicab qadağasına qarşı etiraz aksiyası keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Vyana universitetinin yaxınlığında keçirilən etiraz aksiyasında onlar dövlət qulluqçuları xüsusi ilə müəllimlər üçün hicabın qadağan edilməsi layihəsinə qarşı şüarlar səsləndirib.

Etirazçılar ölkədə dinindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquq və azadlıq tələb ediblər və bu qanunu layihəsini qəbul olunmaz adlandırıblar.

Etirazçılar müsəlmanlar üçün bu kimi qadağaların siyasi məqsədlərlə irəli sürüldüyünü bildiriblər.

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bir həftə öncə bildirmişdi ki, ölkədə müəllim və dövlət qulluqçuları üçün hicab qadağan edilə bilər. Hicab qadağası layihəsinin təşəbbüskarı məhz Sebastyan Kurts və ölkənin digər tanınmış siyasətçisi Mun Duzdardır.

Teqlər: avstriya ، hicab ، qadağan ، İslam ، quran ، iqna
captcha