IQNA

Nəbi Yunus türbəsi İŞİD terrorçularından azad edildi

14:34 - January 17, 2017
Xəbər sayı: 3481269
İraq ordusu Mosul əməliyyatı çərçivəsində Nəbi Yunus türbəsini İŞİD terror təşkilatından azad edib.

Nəbi Yunus türbəsi İŞİD terrorçularından azad edildi

Bu barədə komandir Sabah Numan məlumat verib. Mosulun mərkəzinə doğru irəliləyən İraq ordusu dünən şəhərin şərqində iki bölgəni də terrorçulardan təmizləyib.

Qeyd edək ki, Nəbi Yunus türbəsi müsəlmanlar və xristianların ziyarət etdiyi müqəddəs məkandır. İŞİD terror təşkilatı 2014-cü ildə Nəbi Yunus məqbərəsindəki məscidi bombalamışdı.

Mənbə: İQNA / eastnews

captcha