Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, Aviazərbələr zamanı Səadanın Ali Macua, əs-Saban, Baqəm şəhərlərindəki bəzi binalar dağılıb, çox sayda insan həyatını itirib və yaralanıb.
Səudiyyə hərbi təyarələrinin Taizə endirdiyi aviazərbələr isə 2-si qadın olmaqla 6 nəfərin həyatını itirməsinə səbəb olub. Haccə vilayətinin Midyi şəhəri də Səudiyyə təyyarələrinin hücumuna məruz qalıb.
Bu arada, Yəmən hərbi mənbələri yəmənli snayperlər tərəfindən 3 Səudiyyə əsgərinin öldürüldüyünü açıqlayıb. Bundan başqa yəmənli qüvvələrin Səudiyyə Ərəbisatnının ər-Ramih hərbi bazasını atəşə tutduğu qeyd olunub. 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.