IQNA

Tehranda 17 mərtəbli ticarət mərkəzi yanğından sonra çöküb

13:54 - January 19, 2017
Xəbər sayı: 3481274
Türkiyə səfirliyinin qarşısında yerləşən “Plasko” binasında yanğın saat 08:00 radələrində başlayıb.


Tehranda 17 mərtəbli ticarət mərkəzi yanğından sonra çöküb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, yanğını söndürmək üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub, nəticədə yanğın söndürülüb. Lakin bir neçə dəqiqə sonra yenidən yanğın başlayıb və binanın çökməsinə səbəb olub. Yanğın zamanı 35 nəfər xəsarət alıb.

Qeyd edək ki, 17 mərtəbəli "Plasko” Tehranda tikilmiş ilk çoxmərtəbəli binadır. Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb olunub. Binanın çökməsi nəticəsində yanğınsöndürənlərdən 30 nəfərin dağıntılar altında qaldığı bildirilir. İran mətbuatı onların həlak olduğu barədə yazır.(apa).


Teqlər: tehran ، plasko ، yanğın ، İslam ، quran ، iqna
captcha