IQNA

"Quran Səfirləri";

Peşəkar Quran qiraətçiləri və məşhur qiraət ustadları barəsində kitab

5:42 - January 21, 2017
Xəbər sayı: 3481275
Məhəmməd Əbdüləziz Yunis – misirli yazar, İslam dünyasının ən məşhur peşəkar Quran qarilərindən 31 nəfərinin həyatını ehtiva edən "Süfəraul- Quran" (Quran Səfirləri) kitabını təlif etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, misirli yazar Məhəmməd Əbdüləziz Yunis Misirin və İslam dünyasının ən məşhur peşəkar Quran qariləri və qiraət ustalarından 31 nəfərinin tərcümeyi- halını və həyatını ehtiva edən "Süfəraul- Quran" (Quran Səfirləri) kitabını təlif etmişdir.

"Üyun əl-Xəlic" xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, misirli qəzet müxbiri və yazar Məhəmməd Əbdüləziz Yunis Misr, Hicaz və digər İslam ölkələrinin ən məşhur qiraət ustarlının həyatı barədə 192 səhifədə yazdığı kitab Qahirənin "Darul-Əsir" nəşriyyatı tərəfindən çap edilmişdir.

Bu kitab cari ilin Yanvar ayının 26-dan Fevral ayının 10-dək Qahirədə keçiriləcək 48-ci beynəlxalq kitab sərgisində ilk dəfə olaraq ümumi kütləyə təqdim ediləcəkdir.

Kitabda Şeyx Məhəmməd Rəf`ət, Şeyx Məhmud Xəlil Hüsəri, Şeyx Taha Fəşəni, Şeyx Məhmud Siddiq Minşavi, Şeyx Əbdül-Basit Əbdüs-Səməd, Şeyx Əhməd Amir, Şeyx Əhməd İsa Məsiravi, Əhməd Nüəynə, Həmdi Zamil, Şəban Səyyad (Misir qariləri), Yəhya ibn Əhməd Həlili (yəmənli qari), Məhəmməd Kərim ibn Səid ibn Kərim Racih (Suriya), İbrahim əl-Əxzər, Əhməd Hicazi, Zəki Dağistani, Səcca Mustafa, Abbas Məhəmməd Müqadəmi, Əbdül-Qadir Ətiyyə, Əli ibn Əbdürrəhman Hüzəyfi, Əli Cabir (Hicaz qariələri) və digər məşhur qarilərin həyatı və tərcümeyi- halı yazılmışdır.

Bu kitab ilk dəfə cari ilin ilk günlərində çapdan çıxmışdır və Qahirədə keçiriləcək beynəlxalq kitab sərgisində kitabın təqdimat mərasimi baş tutacaqdır.

Qeyd edək ki, "Quran səfirləri" kitabının bundan sonra da silsilə davamları olacaq və Quran qiraəti üzərə məşhurların həyatları işıqlandırılacaqdır.

http://iqna.ir/fa/news/3564521


captcha