IQNA

İSESCO "Məşhəd; İslam Mədəniyyətinin paytaxtı" festivalında iştirak edəcək

7:54 - January 21, 2017
Xəbər sayı: 3481277
İSESCO, bu təşkilatın baş katibi müavininin 2017-ci ildə "Məşhəd; İslam mədəniyyətinin paytaxtı" festivalının açılış mərasimində iştirak edəcəyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Elm, Təhsil və Mədəniyyət Təşkilatı"nın (İSESCO) rəsmi saytının verdiyi məlumata əsasən, bu təşkilatın baş katibinin müavini 2017-ci ildə "Məşhəd; İslam mədəniyyətinin paytaxtı" festivalının açılış mərasimində iştirak edəcəkdir.

Bu məlumatda deyilir ki, Əminə Həcəri - İslami Elm, Təhsil və Mədəniyyət Təşkilatı"nın (İSESCO) baş katibinin müavini, bu təşkilaın baş katibi Əbdül-Əziz ibn Osman Tüəycirinin nümayəndəsi olaraq 2017-ci ildə "Məşhəd; İslam mədəniyyətinin paytaxtı" festivalının açılış mərasiminə qatılacaq və açılış mərasimində İSESCO müdirinin ismarıcını qiraət edəcəkdir.

İSESCO rəsmi internet portalının elan etdiyinə görə, "Məşhəd; İslam mədəniyyətinin paytaxtı" festivalının açılış mərasimi 2017-ci ilin Yanvar ayının 24-də, gələn həftənin ikinci günü, İranın Xorasan əyalətinin Məşhəd şəhərində İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət naziri, Məşhəd şəhərinin rəsmi məqamları və İranın mədəniyyət sahəsində tanınmış şəxsiyyətlərinin iştirakı ilə keçiriləcəkdir.

Festivalın açılış mərasimindən bir gün öncə "Məşhəd; İslam mədəniyyətinin paytaxtı" festivalının keçirilmə komitəsinin təşkil etdiyi iclasda və həmçinin Məşhəd şəhərində bir- neçə Mədəniyyət Mərkəzinin açılış mərasimində İslami Elm, Təhsil və Mədəniyyət Təşkilatı"nın (İSESCO) nümayəndəsi də iştirak edəcəkdir.

Qeyd edək ki, 2017-ci il üçün İranın Məşhəd şəhərindən əlavə İSESCO tərəfindən Sudanın "Sinar", İordaniyanın "Oman" və Uqandanın "Kampala" şəhərləri də İslam Mədəniyyəti paytaxtları elan ediblər.

http://iqna.ir/fa/news/3564551


captcha