IQNA

Bəhreyn xalqı küçələrə axışdı

12:08 - February 14, 2017
Xəbər sayı: 3481347
Bir müddət əvvəl Bəhreyn Ali Xəlifə rejimi tərəfindən şəhid edilən 3 şiənin cənazə mərasiminə qadağa qoyulması və onların birbaşa basdırılması xalq tərəfindən etiraz ilə qarşılanıb.

Bəhreyn xalqı küçələrə axışdı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, Minlərlə insan küçələrə axışaraq qiyabi cənazə namazları qılıblar.

Bundan əlavə paytaxt Manama da daxil olmaqla ölkənin bir çox şəhərində 14 fevral 2011-ci ildə başladılan müqavimət hərəkatına dəstək yürüşləri keçirilib.

Polis başda paytaxt Manama olmaqla digər şəhərlərdə keçirilən aksiyalara müdaxilə edib. Onlarla nümayişçinin saxlanıldığı vurğulanır.

captcha