IQNA

Müsəlmanları təhqir edən ingiltərəli rəssam cərimə edildi

10:00 - February 15, 2017
Xəbər sayı: 3481353
Müsəlman vətəndaşın yaşadığı binanın divarlarına təhqiramiz sözlər yazmış, rəsmlər cızmış və donuz şəkili çəkmiş ingiltərəli rəssam 335 pond məbləğində cərimə ödəməli oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Müsəlman vətəndaşın yaşadığı binanın divarlarına təhqiramiz sözlər yazmış, rəsmlər cızmış və donuz şəkili çəkmiş ingiltərəli rəssam 335 pond məbləğində cərimə ödəməli oldu.

İstifan Geri Elvir adlı və 54 yaşında olan bu rəssam İngiltərənin "Bləkburun" şəhərindəndir.

Müsəlman vətəndaş Vacid Hüseyn tərəfindən evinin rəsm işləri və binanın xarici görünüşünün dekarasiyası üçün dəvət edilmiş bu rəssam, öz işini görmək əvəzinə evin daxili divarlarına İslamı və müsəlmanları təhdiq edən sözlər yazmış və donuz şəkili çəkmişdir.

Vacid Hüseyn isə rəssamın bu işini Bləkburun şəhər polisinə məlumat vermişdir.

Şəhərin baş prokuroru Enza Geliderd bu barədə deyib: Vacid Hüseyn adlı müsəlman vətəndaş İstifan Geri Elvir adlı rəssamı evinin rənglənməsi üçün dəvət etmişdir. Amma aralarında zəhmət haqqı barədə yaranmış mübahisəyə görə, rəssam evin divarlarına təhqiramiz irqçi sözlər yazmış və donuz şəkili çəkmiş və buna görə cərimə edilmişdir.

Qeyd edək ki, 2011-ci ilin son hesabatlarına görə İngiltərənin müsəlman cəmiyyətinin sayı üç milyona yaxın olub. Onların çoxu Hindistan, Pakistan və Banqladeşdən İngiltərəyə hicrət etmiş müsəlmanlardır.

http://iqna.ir/fa/news/3574562


Teqlər: iqna ، ingiltərə ، rəssam ، donuz ، təhqir ، islamofobiya
captcha