IQNA

İŞİD itirdiyi kəndləri su altında qoyur

17:44 - February 18, 2017
Xəbər sayı: 3481360
İŞİD-in Hələbin şərqində Suriya ordusunun irəliləyişini zəiflətmək üçün əl-Əsəd gölünün bəndini açdığı və əl-Car su kanalı vasitəsilə itirdiyi kəndləri su altında qoymağa çalışdığı bildirilib.


İŞİD itirdiyi kəndləri su altında qoyur

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə əsasən, İŞİD-in Hələbin şərqində Suriya ordusunun irəliləyişini zəiflətmək üçün əl-Əsəd gölünün bəndini açdığı və əl-Car su kanalı vasitəsilə itirdiyi kəndləri su altında qoymağa çalışdığı bildirilib.

Mənbələr bəzi kəndlərin indidən su altında qaldığını vurğulayıb. Buna baxmayaraq, ordunun döyüşə davam etdiyini bildirən hərbi mənbələr "Pələng Qüvvələri"nin ötən axşamdan Deyr Hafirdən öncə son kənd olan Humaymaha girdiklərini qeyd edib.

İŞİD daha əvvəl də İraq və Suriyada eyni taktikanı tətbiq etmiş, xüsusilə Raqqa ətrafında irəliləyən qruplarıgölün qarşısını açmaqla təhdidetmişdi.

Teqlər: İŞİd ، su ، iqna ، İkna ، quran ، İslam ، hələb ، suriya
captcha