İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Massimo Rami adlı italiyalı fotoqraf İranın məcsid və günbəzlərindən gözəl mənzərəli və bənzərsiz şəkillər çəkərək "müqəddəs həndəsilər" adlı albom hazırlamışdır.
İtaliyalı bu rəssam və fotoqraf özünün internet portalında yazır: Tarix boyu İrana edilən çoxsaylı işğalçı hücumlara rəğmən və bu ölkənin mədəni şoklara məruz qalmasına baxmayaraq İran memarlığı özünün digər ölkələrdən və mədəniyyətlərdən fərqlənən və özünəməxsus çeşidli memarlığını saxlaya bilmişdir.
Massimo Rami İran memarlığını "İlahi gözəlliklərin müqəddəs həndəsiliyi" adlandırıraraq yazır: İranın ənənəvi və qədim memarlıq üslubunun zati kimliyi həm elmilik və həm də incəsənət baxımından "müqəddəs həndəsilik"dən istifadə etməsindədir.
http://iqna.ir/fa/news/3575298
İsfahanın Şeyx Lütfüllah məscidi
İsfahanın Came Məscidi
Yəzdin Came məscidi
Şirazın Nəsirul-Mülk məscidi
İsfahan, Ali-Qapı
İsfahan, 40 sütun
Təbrizin Came məscidi
Şiraz, Came məscidi
Şiraz, Şah Çırağ
Fin, Hamamı