IQNA

Kərbəlada "Quranda sülh və müharibə" adlı kitab çapdan çıxdı

22:32 - February 18, 2017
Xəbər sayı: 3481363
İmam Hüseynin (ə) ziyarətgahı idarəçiliyinin təşəbbüsü ilə "əs-Silmu vəl-Hərbu fil-Quranil-Kərim" (Quran-Kərimdə sülh və müharibə) adlı kitab Kərbəlada çap və nəşr edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseynin (ə) ziyarətgahı idarəçiliyinin təşəbbüsü ilə "əs-Silmu vəl-Hərbu fil-Quranil-Kərim" (Quran-Kərimdə sülh və müharibə) adlı kitab Kərbəlada çap və nəşr edildi.

Bu kitabı İraqın Quran elmləri sahəsində yazar və tədqiqatçılarından biri olan Şeyx Əla əl-Maliki qələmə almış və Həzrət İmam Hüseynin (ə) ziyarətgahı idarəçiliyinin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırmalar mərkəzi"nin təşəbbüsü ilə 300 səhifə və 5 fəsildə çap və nəşr edilmişdir.

Müəllif bu kitabın birinci fəsilində Quran elmləri və təfsir metodlarına yeni baxış əsasında "sülh" və "müharibə" sözlərini Quran- Kərim baxımından məna və təfsir etmişdir. İkinci və üçüncü fəsildə "sülh" və "müharibə"nin Quran baxımından həqiqətini, qanunlarını və müxtəlif cəhətlərini bəyan etmişdir. Dördüncü fəsildə isə "sülh" və "müharibə"nin Quran baxımından cahanşümul olmasını araşdırmışdır. Beşinci fəsildə isə "sülh" və "müharibə"nin Qurandakı işləmlərini və işlənmə səbəblərini göstərmişdir.

Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) ziyarətgahı idarəçiliyinin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırmalar mərkəzi"nin təşəbbüsü ilə bundan öncə də "Nəzəriyyətul-Heymənə fil-Quranil-Kərim" (Quran- Kərimdə hakimiyyət nəzəriyyəsi) adlı kitab çap və nəşr edilmişdi.

http://iqna.ir/fa/news/3575274


Teqlər: iqna ، kərbəla ، imam hüseyn ، quran ، sülh ، müharibə
captcha