IQNA

“Həşdi-Şabi”dən İŞİD-ə ağır zərbələr

10:21 - February 19, 2017
Xəbər sayı: 3481364
Mosulun qərbində İŞİD terror təşkilatına hücum edən “Həşdi-Şabi” qüvvələri bir çox terrorçunu öldürərək təşkilata məxsus 11 avtomobili də məhv edib.



Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, "Al Nahreyn"ə istinadən verdiyi xəbərə görə, İraqın Xalq Qoşunları Mosulun qərb kontekstində bir sıra yüksək rütbəli İŞİD terrorçusu əsir götürüb.

Belə ki, İraq qüvvələrinin mövqelərinə hücum etməyi planlaşdıran terrorçulara cavab verən "Həşdi-Şabi”qüvvələri onların bəzi böyüklərini əsir götürüb.

Mosulun qərbində İraq Hərbi Hava Qüvvələrinin dəstəyiylə İŞİD terrorçularına hücum edən "Həşdi-Şabi”qüvvələri terror təşkilatına aid 11 avtomobili də məhv edib.

"Həşdi-Şabi”yə yaxın mənbələr bu qüvvələrin Təl-Afərin cənubundakı İŞİD-çilərin xüsusi əməliyyat səlahiyyətlisi "Amu" adlı terrorçunu məhv etdiyini bildirib.

captcha