IQNA

Amerikanın Meriland əyaləti Quran yarışlarına evsahibliyi edəcək

8:18 - February 20, 2017
Xəbər sayı: 3481368
Amerikanın əyalətlərarası Quran-Kərim yarışları bu ilin baharında, Aprel ayının ortalarında Meriland əyalətinin Baltimur şəhərinin evsahibliyi ilə keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın əyalətlərarası Quran-Kərim yarışları Quranın hifzi və qiraəti üzrə uşaqlar və yeniyetmələr arasında təşkil olunacaq. 

Amerikanın əyalətlərarası Quran-Kərim yarışları Quranın hifzi və qiraəti üzrə bu ilin baharında, Aprel ayının ortalarında Meriland əyalətinin Baltimur şəhərinin evsahibliyi ilə keçiriləcəkdir.

"İcnaconvention" xəbər və informasiya portalının yaydığı məlumatda deyilir ki, bu yarışlar Amerika müsəlmanlarının 42-ci illik toplantılarının haşiyəsində keçiriləcəkdir. Amerikanın "Şimali İslam Təşkilatı" (İCNA) və Amerika Müsəlman Cəmiyyəti Təşkilatı (MAS) bu toplantının təşkilatçılarıdırlar.

Meriland əyalətinin Baltimur şəhərinin evsahibliyi ilə keçiriləcək bu 3 günlük toplantıda müxtəlif mövzular, o cümlədən müsəlmanların Qərb cəmiyyətindəki problemləri, islamofobiya və irqçilik kimi məsələlər müzakirə ediləcəkdir.

Toplanıtının haşiyəsində Quran yarışları keçiriləcək, müsəlman cavanların xüsusi görüşü, bazar əlaqələri və digər proqramlar da icra ediləcəkdir.

Quran yarışlarının Qiraət bölməsində 10 yaşından aşağı uşaqlar iştirak edəcəklər və Quranın hifzi üzrə isə 12 yaşdan aşağı, 14 yaşdan aşağı və 16 yaşdan aşağı olan üç qrup yarışacaqlar.

http://iqna.ir/fa/news/3576156


Teqlər: iqna ، abş ، amerika ، quran yarışları ، İcna ، mas
captcha