IQNA

Höccətul-İslam Qaiminiya dedi:

Henri Korbin (1903-1978) şiə filosofu idi

12:08 - February 20, 2017
Xəbər sayı: 3481372
Höccətul- İslam vəl-müslimin Qaiminiya "Onlar ki, düşünürlər" toplantısının səkkizinci iclasında dedi: Henri Korbin əsil şiə hikmətinə əsaslanaraq Haydigerin fəlsəfsinə yenilik gətirmək dalınca idi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin şənbə günü, 18.02.2017-ci il tarixində, "Onlar ki, düşünürlər" başlığı ilə keçirilən seminarların səkkizinci toplantısı Tehranın "Ədəbiyyat və Humanitar Elmlər Universiteti"nin "Seyid Cəfər Şəhidi" salonunda keçirildi.

Qulamrza Əvani, Bijən Əbdül-Kərimi, Məhəmməd Mənsur Haşimi və Höccətul-İslam vəl-müslimin Əlirza Qaiminiyanın iştirakı ilə keçirilən toplantıda Henri Korbinin dini və fəlsəfi nəzər və düşüncələri araşdırılıb və tənqid edilib.

هانری کربن فیلسوفی شیعی بود

İranın "Elm və Mədəniyyət" sahəsində tanınmış simalarından olan Qulamrza Əvani dedi: Henri Korbin özündən öncəki qərb alimlərinin "islamşünaslıq" barədə təfsir və nəzərlərini dağıtdı. Bunu bilmək və görmək üçün isə Korbindən öncəki qərb İslamşünaslığına diqqət etməliyik. Korbindən öncəkilər Şiə məzhəbini radikal və siyasi bir cərəyan olaraq tanıyırdılar, fikri və ideoloji bir məktəb olar deyil və buna görə də İslam barədə daha çox Əhl-Sünnət məzhəbini və "nəqli elm"ləri və qaynaqları araşdırırdılar. Bunda görə İranı da şiə cərəyanına qatır araşdırmırdılar və ya İranı İslami bir ölkə kimi deyil, Ərəblərin istelasında olmuş və təsirlənmiş bir ölkə olaraq araşdırırdılar. Həmçinin qərb İslamşünasları "kəlam" elmi dedikdə daha çox "əşəri" və "mötəzilə"ni nəzərdə tuturdular və şiəliyə diqqət göstərmirdilər.

O əlavə etdi: Korbindən öncəki qərbli İslamşünaslar "İslami Hikmət" (fəlsəfə) barədə araşdırma aparmır, bu məsələyə diqqət etmirdilər və həmçinin İranın İşraq, Nəzəri İrfan və Molla Sədra fəlsəfi məktəblərini görməzdən gəlirdilər. Onların fikirincə İslam fəlsəfəsi "Kendi"dən başlayır və "İbn Rüşd"də qurtatırdı.

Amma Henri Korbin özündən öncəki qərb alimlərinin "islamşünaslıq" barədə təfsir və nəzərlərini dağıtdı və qərbli İslamşünasların araşdırmalarını sual altında qoydu. Özündən öncəki Şərqşünas və İslamşünasların tənqidinə yol açdı.

Əvani əlavə etdi: Henri sözün əsil mənasında bir İslamşünas və filosof idi. O öz zamanının bütün fəlsəfi cərəyanları ilə tanış idi. Bundan əlavə həm də sözün əsil mənasında bir araşdırmaçı və tədqiqatçı idi. Qədim əlyazma nüsxələrin təshih və tədqiqni bacarırdı. O, Etin Jilson (Qərbin "Aqustin İbn Sinaçılar" cərəyanının rəhbəri), Emil Birye (Əflatunşünas) və digər ustadlarının vasitəsi ilə İbn Rüşd və İbn Sina fəlsəfəsini öyrəndi.

Henri Korbin 1936-cı ildə Haydgerlə tanış olur. Və onun "metafizika nədir" kitabını Fransız dilinə tərcümə edir.

O, daha sonra Masinyun ilə tanış olur və Söhrəvərdinin "əl-İşraq" kitabını ondan alır və hiss edir ki, öz həqiqi itirdiyini tapıb.

Bundan sonra İrana səfər edir. Payız aylarında Tehranda fəlsəfə tədris edir. Bir çox İslami əsərləri təshih və tədqiq edir. Həmin illərdə Əllamə Təbatəbai ilə davamlı görüşlər keçirir.

Qulamrza Əvani vurğuladı: Şiəşünaslığı Qərbə Korbin apardı. Və qərbdə "vilayət" və "imamət" məsələsini, şiənin irfani nəzərlərini, Peyğəmbərin və İmamların hikmətlərini və fəlsəfəi düşüncələrini açıqladı. O, bununla istəyirdi ki, Şiənin fəlsəfi düşüncəsindən istifadə edərək Qərbdəki fəlsəfi boşluğu doldursun.

هانری کربن فیلسوفی شیعی بود

Toplantının davamında çıxış edən Bijən Əbdül-Kərim – Azad Universitetinin Elmi Heyətinin üzvü, dedi: Biz Henri Korbinə çox borcluyuq. Bizim əsas suallarımızdan biri də budur ki, "biz kimik"? Bizim bu sualın önünüdə düz-əməlli cavabımızın olmaması yaxşı hal deyil. Henri Korbin İranı təkcə coğrafi, teoloji və ya ideoloji baxımdan deyil, həm də tarixi bir ənənə kimi tanıtdırır. Və bu çox mühümdür ki, biz tariximizi kimliyimizi hamı üçün açıqlanası və dərk ediləsi hala gətirək.

Əbdül-Kərim əlavə etdi: Bu çox maraqlıdır ki, Henir Korbinin fikrincə İranın ənənəçiliyi "nehilizm"in yeganə padzəhri bilirdi və mən təəssüf edirəm ki, idelogiya və teologiyanı "hikmət"in yerinə oturtmuşuq.

هانری کربن فیلسوفی شیعی بود

İclasda iştirak edən digər qonaq Məhəmməd Mənsur Haşimi – "İslami Ensiklopediya Fondu"nun elmi heyətinin üzvü, dedi: Henri Korbin məsələlərə fəlsəfi yanaşırdı və təkcə İslami düşüncə tarixini araşdırmırdı. Buna görə də o bu cəhətdən təkcə təfəkkür tarixini işləyən şərqşünaslardan fərqlidir. O, "İslam fəlsəfəsi tarixi"ni yazarkən də bu məsələyə təkcə tarixi prizmadan yanaşmayıb. O, Marks və Heygelin tarixi yanaşmasını qəbul etmirdi. Onun metodu hermenavtik (təvilgəra, zahiri mənadan daha geniş məna) və fenomenoloji (batini və pərdəarxasını dərk etmə) idi. Onun üçün təvilin mənası mətnin həqiqətini dərk etmək idi. "Batin" ifadəsi Korbinin düşüncə tərzinin qəlbi idi. Onun nəzərincə yeni fəlsəfə öz xətalarını və məhdudiyyətini kəşf etmək və bundan uzaqlaşmaqdır. Buna görə də o, iranlıların "yeni əflatunçuluq" fəlsəfəsinin dalınca idi.

هانری کربن فیلسوفی شیعی بود

Toplantının digər hissəsində çıxışan edən İnşaallah Rəhməti – Azad İslam Universitetinin elmi heyətinin üzvü, vurğuladı: Korbinin tarixə verdiyi əhəmiyyətə görə idi ki, o, mətnləri düşünmək üçün əvvəlcə müxtəlif nüsxələri müqayisə və təshih edirdi. Korbin anti-tarix deyildi, amma inanırdı ki, mətni dərk eləmək üçün tarix kifayət etmir.

O əlavə etdi: Korbin inanırdı ki, iranlının ruhu şiədir. Və bu da göstərir ki, Korbin bu sözü deyərkən şiəni məzhəbçilik mənasında deyil, dirilik, hikmət və fəlsəfə mənasında işlətmişdir. Şiənin imamət və təvil ruhunu iranlı düşüncəsi göstərir. İslamda şiənin ruhu irandır. Buna görə də biz ənənəçilikdən istifadə etmək üçün şiə qaynaqlarına ehtiyacımız vardır.

Rəhməti əlavə etdi: Korbinin fikrincə "imam" və "nəbi" eyni məfhum və mənadır. Vilayətin batini mənası və siması həmin "nübüvvət"dir. Peyğəmbərliyin sona yetdiyi üçün "xatəmiyyət" dövründə "nəbi" sözü yerinə "imam"dan istifadə edilir.

Henri Korbin (1903-1978) şiə filosofu idi

Höccətul- İslam vəl-müslimin Qaiminiya "Henri Korbin"inin düşüncələri barədə dedi: O, şiə filosofu idi və xalis şiə hikmətinə əsaslanaraq Haydgerin fəlsəfi nəzərlərinə yenilik gətirmək istəyirdi. Korbin İslam fəlsəfəsində tapdığı cavabları Haydgerin fəlsəfəsində tapmamışdı. O, fəlsəfi məsələlərini İslamdan öyrəndi və götürdü. O da Haydger kimi insanın həyatında təsirli olan məsələlərin dalınca idi.

O əlavə etdi: Henri Korbin məsələ və düşüncənin zahirindən batininə enən İslam filosofu idi. Korbin sonsuz bir başlanqıcdır. Onun fəlsəfəsi şiə fəlsəfəsi idi. Bu günün problemlərini şiə fəlsəfəsi ilə həll etmək istəyirdi. Mənəvi bir həyat dalınca idi.

http://iqna.ir/fa/news/3575784

captcha